"Bakı" klubunun hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- Bu qış fasiləsində digər komandalarımızdan fərqli olaraq İspaniyada təlim-məşq toplanışında oldunuz. Hazırlıq necə keçdi?
- Qeyd etdiyiniz kimi, fərqli bir təlim-məşq toplanışı keçirdik. İlk dəfədir ki, İspaniyada toplanışda olurduq. Yoxlama görüşlərindəki rəqiblərimiz də fərqli idi. Antalyada ortabab klublara qarşı oynayırsansa, İspaniyada dünya səviyyəli komandalarla qarşılaşırsan. Rəqiblərin belə güclü olması çox vacib amildir. Ümumən hazırlığımız yaxşı keçdi. Heç bir zədəli olmadan toplanışı başa vurduq.
- Keçirdiyiniz yoxlama oyunları haqda nə deyə bilərsən?
- Çempionat oyunlarına necə yanaşırıqsa, yoxlama görüşlərinə də o cür münasibət bəsləyirdik. Çünki baş məşqçimiz Milinko Pantiç sınaq matçlarında nətəciyə də çox önəm verir. Ona görə də qarşılaşmadan əvvəl rəqibləri dərindən analiz edirdi. O bizə bildirirdi ki, yoldaşlıq oyunu olsa da, nəticə çox vacibdir. Buna görədir ki, beş oyundan yalnız birində məğlub olduq. Bizim çıxışımıza gəldikdə isə, komandamız ənənəvi oyununu nümayiş etdirirdi. "Bakı" yeni qurulmuş komandadır. Ona görə də bizə daha çox bir yerdə məşq etmək, oynamaq lazımdır. Bu baxımdan yoxlama oyunları bizim üçün çox xeyirli oldu.
- İspaniyada hazırlıq keçməyiniz digər rəqiblərdən daha hazırlıqlı olmağınız anlamına gələ bilər?
- Məkandan asılı olmayaraq bütün komandalar çempionatın ikinci yarısına çox ciddi hazırlaşıblar. Hamı eyni məşqi edir, eyni hazırlığı keçir. Sadəcə güclü rəqiblərlə qarşılaşmaq bir qədər özümüz üçün yaxşıdır. Yəni Avropanın tanınmış klubları ilə qarşılaşmaq oyun təcrübəmizi artrır.
- Çempionatın ikinci yarısına nə dərəcədə hazırsınız?
- Qış fasiləsindən sonra adətən komandalar tam hazırlıqlı olmur. Oyun baxımından müəyyən problemlər ortaya çıxır. Bu da normalıdr. İlk oyunumuz "Rəvan"ladır. Həmin oyunda nə dərəcədə hazır olmağımızı biləcəyik. Bu gündən hazırlığıa başlamışıq. Hər şeyi "Rəvan"la oyun üçün planlaşdırırıq.
- Artıq "Bakı" Pantiçin rəhbərliyi altında yarım mövsümü başa vurdu. Futbolçulara öz oyun fəlsəfəsini başa salıb. Bu mənada çempionatın ikinci yarısında daha güclü "Bakı"nın şahidi ola bilərik?
- Qeyd etdiyim kimi bizim heyətimiz yeni idi. Bütün problemlər də bununla bağlı olurdu. İndi artıq altı aydır, komanda bir yerdə məşq edir, oyunlara çıxır. Həmişə qış fasiləsindən sonra "Bakı"da irəliləyiş olub. İndi də yəqin xeyrimizə olar. Milinko Pantiçə gəldikdə isə, təbii ki, hər bir baş məşqçiyə zaman lazımdır. Artıq Pantiçin rəhbərliyi altında toplanışda da olmuşuq. Yəni indi baş məqşçi futbolçuların nəyə qadir olduğunu və futbolçuların baş məşqçinin onlardan nə istədiyini daha yaxşı bilir.
- Ancaq "Bakı" həmişə qış fasiləsi zamanı yeni futbolçularla güclənirdi. Bu dəfə isə belə olmadı.
- Hələlik baş məşqçi buna qane olur. Bəlkə də onun başqa bir planı var. Hər halda bunlar baş məşqçinin işidir.
- Kamran Ağayev və Mindauqas Kalonasın komandadan gedişi oyunlarınıza təsir edə bilər?
- Yalnız Kamranın olmaması bizi zəiflədə bilər. Əlbəttə ki, Kamran kimi qapıçının komandada olmaması bizim üçün də mənfi haldır. Bilmirəm, nədənsə rəhbərlik belə bir qərar verdi və Kamran transferə çıxarıldı.
- Kalonasın gedişi necə?
- Onun gedişi normaldır. Futbolun qaydası belədir, həmişə dəyişikliklər olur.
- Bunu ona görə soruşdum ki, son vaxtlar onunla yola getmədiyin deyilirdi.
- Futbolçunun komandada qalıb-qalmayacağına baş məşqçi və rəhbərlik qərar verir. İndiyədək heç vaxt yalan danışmamışam. İndi də səmimiliyimə inana bilərsiniz. Kalonasın tək mənimlə yox, bütün futbolçularla problemi var idi. Hətta bu yaxınlarda onun keçmiş komanda yoldaşının müsahibəsini oxudum. O deyib ki, problem həmişə Kalonasın özündə olub. O, özü ilə də mübahisə edirdi. Mənim isə indiyədək heç bir oyunçu ilə problemim olmayıb.
Ramiq AĞAMƏMMƏDOV
"Real”ın futbolçusu sıradan çıxdı
Haalandın bombardirlər arasında da rekordu var
"Portuqaliya mən gələnədək heç nə qazanmamışdı"
"Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxır
“Qarabağ”la oyunda zədələnən Laviya uzun müddət oynamayacaq
“Ayaks” baş məşqçisi ilə yollarını ayırdı
"Fiziki cəhətdən zəif təsir bağışladıq" - Yevgeni Kukseviç
Lukmanla baş məşqçi arasında soyuq küləklər əsir
Futzal millimiz məğlub oldu
Fransa yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı
“Araz-Naxçıvan”ın 1/8 finaldakı rəqibi müəyyənləşdi
Mourinyo: "Mən hakimi sevmirəm, o da məni"
Şimal derbisində 6 qol, "Zaqatala"dan qələbə
Millimizdən İslamiadada növbəti qələbə
Lovğa-lovğa gələn “Çelsi”ni tapdayıb keçdilər
"Qarabağ"da şok itki
Türkiyə klublarının bugünkü oyunlarını yayımlayacaq kanallar
Murad Musayev Rusiyada ən yaxşı seçildi
"Çelsi"yə qalib gələ də bilərdik" - Marko Yankoviç
“Kayrat” azarkeşlərindən “Qarabağ”a möhtəşəm dəstək - Video
Türkiyə klubunun üzvü millimizin heyətindən çıxarıldı
Avrokuboklarda 200-cü oyun, 250-ci qol
Naci Şensoy bu klubun baş məşqçisi oldu
AFFA bu klubları cərimələdi
Azərbaycan derbisinə doğru: Baş məşqçilər
Misli Premyer Liqası: "Zəfər turu"nun hakim təyinatları
“Avropa klublarından maraq ola bilər” - Elvin Cəfərquliyev
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
UEFA-da xalımızın üstünə xal gəldi
“Kiçik büdcə ilə böyük xəyallar quranların gecəsi” - Şəkil
İslandiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
Osimhenin het-triki, "Qalatasaray"ın səfər qələbəsi - Video
"Qarabağ"ın "Çelsi" ilə tarixi heç-heçəsi - Video
"Heç-heçə ədalətli nəticədir" - Bəhlul Mustafazadə
"Qarabağ" Çempionlar Liqasında neçəncidir?
AFFA prezidenti "Qarabağ"ı təbrik etdi