"Qarabağ" klubunun müdafiəçisi Qara Qarayevin Qol.Az saytına müsahibəsi
- Komandanızın Antalya toplanışı necə keçdi?
- Son yoxlma oyunumuzun baş tutmamasını (Ukraynanın "Volın" klubu ilə oyun-red.) almasaq, hər şey plana uyğun oldu. Çox yaxşı hazırlıq keçdik. Bütün komandamız məşqlərdə var-gücü ilə çalışırdı. Çünki bilirdik ki, çempionatı 2-ci yarısında bizi daha çətin oyunlar gözləyir.
- Komandanız üç yoxlama oyununda qüvvəsini sınadı. Futbolçular necə təsir bağışladı?
- Üç oyundan birində qalib gəldik, bir məğlubiyyət və bir heç-heçəmiz oldu. Təbii ki, yoldaşlıq görüşlərində də nəticə vacibdir. Ancaq biz nəticəyə oynamırdıq. Çalışırdıq ki, əvvəlki oyun sistemimizi bərpa edək. Şükürlər olsun ki, oyunumuz yaxşı alındı. Məncə, yoxlama oyunlarını yüksək səviyyədə keçirdik.
- "Qarabağ" növbəti oyunlara hazırdır?
- Deməzdim ki, tam hazırıq. Müəyyən çatışmazlıqlar var. Ancaq hələ qarşımızda bir həftə vaxt var. Bu müddət ərzində bərpa prosesi keçəcəyik.
- İlk rəqibiniz "Xəzər Lənkəran" olacaq. Bildiyiniz kimi Mustafa Dənizlinin komandası da yaxşı hazırlıq keçib, yeni oyunçularla güclərinə güc qatıblar...
- Rəqibimiz qış fasiləsindən əvvəlki "Xəzər Lənkəran" deyil. İndi onlar tam başqa futbol oynayırlar. İlk dövrələrdə "Xəzər Lənkəran"ı hər iki oyunda məğlub etmişdik. Ancaq indi daha çətin oyun olacaq. Bununla belə maraqlı qarşılaşmanın şahidi olacaqsınız. Bizə ən vacib olan 3 xaldır. Ona görə də nəticəyə oynayacağıq. Liderliyimizi qorumağa çalışacağıq.
- Hər bir komanda kimi "Qarabağ" da qış fasiləsi ərzində güclənib. Bu mənada növbəti dövrənin oyunları nə kimi fərlqi olacaq?
- Artıq bütün komandalar qarşıdakı oyunlara əhval-ruhiyədə başlayacaqlar. Çünki mövsümün sonuna doğru gedirik, komandalar çalışır ki, sonda yüksək yerləri tutsunlar. Yəni çempionatın formatı elədir ki, komandalar əsas gücünü sonda göstərəcəklər. İnanmıram ki, ilk dövrələrdəki kimi asan oyunlarımız olsun.
- Komandanız yeni hücumçu ilə gücləndi. Gürcüstanlı forvard Jaba Dvali ilə az da olsa bir yerdə məşq etdiniz. Bu oyunçu "Qarabağ"ın hücum xəttində olan problemi aradan qaldıra bilər?
- Düzdü, onunla bir yerdə çox məşq edə bilmədik. Bakıya qayıdana yaxın o, komandaya qoşuldu. Bildiyimə görə, yaxşı hücumçudur. Bizə xeyir verəcəyinə inanıram. Tez bir zamanda komandamıza uyğunlaşmalıdır. Əsas odur ki, oyun sistemimzi tez qavrasın.
- Digər gürcüstalı hücumçu Nikolas Gelaşvili "Qarabağ"ın oyun qurluşunu mənimsəyib. Ancaq qollarının sayı azdır. "Qarabağ"a bu gün qol silahı lazımdır” fikriylə razısan?
- Jaba Dvali sırf Gelaşvili az qol vurduğuna görə transfer edilməyib. Sadəcə olaraq komandaya əlavə güc qatmaq üçün heyətə cəlb olunub. Əsas vacib olan amillərdən biri odur ki, yeni oyunçu komanda oyunu oynasın. Tək qol vurmaqla komandaya çox xeyir vermək olmaz. Önəmli olan odur ki, həm qol vurasan, həm də komandaya uyğun şəkildə oynayasan. Komandada nə qədər yaxşı oyunçu olsa, üstünlüyümüzdür. Elə mövsüm olur ki, məsələn, müdafiədə heç bir problem olmur, ancaq 10-15 turdan sonra hansısa çatışmazlıq hiss olunur və transfer dönəmi olmadığı üçün yeni oyunçu almaq olmur. Ona görə də hər mövqeyə bir yeni oyunçu cəlb olunsa, daha yaxı olar. Onda futbolçuların da məsuliyyəti artar. Heyətə düşmək çün güclü rəqabət gedər. Bu da komandanın xeyrinədir.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu