"Qarabağ" klubunun yarımmüdafiəçisi Namiq Yusifov Qol.Az-ın Antalyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb
- Təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın "Dinamo" (Buxarest) klubu ilə yoxlama oyunu keçirdiniz. Görüşlə bağlı fikrini bilmək istərdik.
- Bizim ilk sınaq matçımız idi. Əsasən bu oyunda məşqçinin tapşırıqlarının öhdəsindən necə gəlməyimizi bilmək istəyirdik. Məncə, birinci oyun üçün pis təsir bağışlamadıq. Ancaq demək olmaz ki, yüz faiz istədiyimiz oyun alındı. İlk oyun həmişə çətin olur. Həm də təlim-məşq toplanışında komanda yorğun olur, gündə iki dəfə məşq keçməli olursan. Bütün bunlara baxmayaraq, rəqibi aşkar üstələyirdik. Bunun nəticəsində də 1:0 hesabı ilə qalib gəldik.
- İkinci hissədə demək olar ki, əvəzedici komandanız mübarizə apardı. Onlar necə təsir bağışladı?
- Mən əsas heyətlə əvəzedicilər arasında elə bir fərq görmədim. Komandaya, baş məşqçiyə qiymət vermək üçün ikinci heyətin oyununa baxmaq lazımdır. Əgər oyun quruluşu eynidirsə, deməli, burada məşqçi işi var. Əvəzedici heyət başqa bir oyun sərgiləsə, baş məşqçinin işi sual altında olur. Ancaq gördüyünüz kimi, bizim gənc futbolçular da əsas komandanın yolu ilə gedir, top saxlamağı bacarırlar, hücumda və müdafidə yaxşı təsir bağışlayırlar.
- Ümumi hazırlıq prosesi necə gedir? Komanda toplanışa lider kimi gəlib. Bu, komandanın hazırlığına necə təsir edir?
- İnanmıram ki, hansısa komandada bizdəki kimi mehribanlıq olsun. Bizim klubda ayrı-seçkilik yoxdur. Klub rəhbərliyindən tutmuş futbolçulara qədər hamı bir yerdə olur. Yəni biz Antalyada da bir ailə kimiyik. Ona görə də həvəslə hazırlığımızı davam etdiririk. Artıq toplanışımızın çox hissəsi geridə qalıb. Hamı yaxşı başa düşür ki, bu təlim-məşq toplanışından çox şey asılıdır. Bakıda hazırlıq keçəndə fiziki, texniki və taktiki cəhətdən artırmaq olmur. Ona görə də hamı məsuliyyətlə fasilədən sonrakı ilk oyuna hazırlaşır. Lider olmağımız isə psixoloji üstünlüyümüzdür.
- Bəzi komanda yoldaşların zədəli olduğu və komandaya gec qoşulduğu üçün məşqlərdə iştirak edə bilmir. Bu, ikinci dövrənin ilk oyunlarında komandanıza mənfi təsir göstərə bilər?
- Hələ ki, bərpa prosesi üçün vaxt var. Futbolçularımızın hamısı peşəkardır və II dövrədə bizi çətin oyunlar gözlədiyini bilir. Bütün komandalarımız güclənir. Üstəlik bizə qarşı ikiqat güclə mübarizə aparacaqlar. Ona görə də formada olmayan futbolçularımız da öz üzərlərində işləyib, oyunlara hazır olacaqlar.
- Komandanızı fasildən sonra çətin oyunlar gözləyir. Ümumiyyətlə, lider kimi mübarizə aparmaq asandır, yoxsa çətin?
- Komanda lider olmayanda qalib gəlsən də, yuxarı pillədə olan rəqibinin xal itirməsinə də ümid etməlisən. Ancaq indi biz bütün rəqiblərimiz üstələyirik. Yəni yalnız öz oyunlarımıza fikir verəcəyik. Biz qələbə qazansaq, heç bir komanda bizə çata bilmir. Hər halda lider kimi mübarizə aparmaq futbolçulara ruh yüksəkliyi də verir. Ancaq bunun çətinliyi də var. Hər bir rəqib bizə qarşı oyuna ikiqat motivasiya olacaq. Onu nəzərə almaq lazımdır ki, "Qəbələ" ilə bir, "Neftçi" ilə isə iki xal fərqimiz var. Yəni hər an lider dəyişə bilər.
- Komandanız ardıcıl bir neçə il çempionluğa yaxın olub. Bu mövsüm əvvəlki illərlə müqayisədə üstünlüyünüz var?
- "Qarabağ" 4-5 ildir ki, eyni futbolu oynayır. Hər il bizim çempioluq şansımız yüksək olur, çempionluğa layiq çıxış edirik. Sadəcə, son nəticədə birinci ola bilmirik. Həmin uğurlu çıxış edən "Qarabağ"ın özəyi qalıb. Futbolçuların bir qədər də təcrübəsi artıb. Ona görə də demək olar ki, bu mövsüm çempionluq şansımız daha yüksəkdir.
- "Bakı"nın futbolçusu, keçmiş komanda yoldaşın Elvin Məmmədov bu yaxınlarda televiziya verilişlərinin birində səni ən xəsis futbolçu adlandırıb...
- Elvin pis insan deyil. Sadəcə, mənə maraqlıdır ki, o, mənim xəsisliyimi harada görüb? Onunla bir komandada oynasam da, heç vaxt bir yerdə harasa getməmişik, hansısa restoranda oturmamışıq. Bu sözləri Vaqif Cavadov, Rəşad Sadıqov və İlqar Qurbanov desə, bilərəm ki, yəqin zarafla deyirlər, mənə söz atırlar. Axı Elvinlə elə münasibətim olmayıb. Kiminsə simicliyimi görmək üçün gərək onunla yoldaşlığın olsun. Hər kəs bilir ki, Azərbaycan futbolçularından ən çox pul xərcləyənlərdən biri mənəm. Qazandığım pulun çoxunu paltara, maşına və ya gəzməyə xərcləyirəm.
Ramiq AĞAMƏMMƏDOV, Antalya
30 yaşdan sonra 450 qol
Nistelroy Premyer Liqaya qayıdır?
Kimpembe 638 gündən sonra geri dönür
Ronaldodan dubl, "Əl-Nəsr"dən qələbə
"Vəzifəmizin öhdəsindən gəldik" - Anton Krivotsyuk
"Qalatasaray"ın futbolçusu 1 ay oynamayacaq
Əvəzedicilər liqasında 14-cü tura yekun vuruldu
Əməliyyat olunan kapitan məşqlərə başladı
AFFA rəsmisi mübahisəli epizodları şərh etdi
Kurban Berdıyev "Turan Tovuz-2"in oyununu izlədi - Şəkillər
“Sabah”a yeni baş məşqçi təyin olundu - Rəsmi+Şəkillər
2-ci liqada 7 oyunun hakimləri bilindi
"Qarabağ" - "Lion" oyununa satılan biletlərin sayı açıqlandı
Amorim: "Mançester Yunayted" uzun müddət əziyyət çəkəcək"
"Real"da şok itki
Tanınmış komanda azarkeşlərinin hücumuna məruz qaldı - Video
"Klubdan yeni təklif almamışam, çox məyusam"
"Sabah"ın yeni baş məşqçisi bu əcnəbi olacaq?
Millimizin Rusiya ilə oyunlar üçün heyəti
"Sabah" baş məşqçisini istefaya göndərdi
Simeone gedəcək, yoxsa qalacaq? - Açıqlama
Kuper istefaya göndərildi
MEDİA müsabiqə elan edib
Vaqif Cavadov təəccübləndirir
Coşqun Diniyev liderə qarşı oynadı