"Qəbələ"nin sabiq baş məşqçisi, hazırda klubun prezidenti Tale Heydərovun müşaviri vəzifəsində çalışan Toni Adamsın Qol.Az-ın Antalyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb
- Antalyaya gəlişinizin səbəbi nə idi?
- Klubun prezidenti Tale Heydərova demişdim ki, Antalyaya gələrək komandanın oyunlarını izləyəcəm. Prezidentin razılığını aldım və komandanın oyunlarını izləmək üçün bura gəldim. "Qəbələ"nin hazırda nə səviyyədə olduğunu görmək istədim. Lakin mən istəmirəm ki, "Qəbələ"yə gəlişim möhtəşəm xəbər kimi yazılsın. Toni Adams gəldi, oyunları izlədi və s. Sadəcə dediyim kimi gəlişimin əsas səbəbi komandanın hazırki durumunu öyrənmək idi. Onu da qeyd edim ki, bu gün "Simurq"un da oyununu izləmişəm.
- "Qəbələ"nin "Spartak"la yoldaşlıq oyunu (1:1) canlı izlədiniz. Bu oyun haqda fikirlərinizi öyrənək...
- Dörd il bundan öncə "Qəbələ"nin baş məşqçisi olduğu müddətlə müqayisədə komandanın hazırda çox inkişaf etdiyini söyləyə bilərəm. Həm meydanda, həm də meydandan kənarda komandada inkişaf hiss olunur. Hücumçular haqda da onu deyə bilərəm ki, onlar bu gün çox yaxşı kombinasiyalar təşkil edirdilər.
- "Qırmızı qaralar" oyunun hər iki hissəsində fərqli heyətlə oynadı. Bu hissələr arasında hansı fərqlər nəzərə çarpdı?
- Fərdi olaraq heç bir futbolçu haqda danışmaq istəmirəm. Ancaq onu deyim ki, komanda çox yaxşı oyun sərgiləyirdi. İlk hissədə olduğu kimi, fasilədən sonra da komanda bu oyununu davam etdirdi.
- "Qəbələ"nin baş məşqçisi Yuri Syomin barədə nə deyərdiniz?
- Syomin haqda ancaq xoş sözlər söyləmək olar. Çünki o yüksək təcrübəyə malik biridir. Komandaya gətirdiyi oyunçuların hamısı mükəmməldir.
- Dörd il öncə çalışdırdığınız komanda ilə Syominin hazırkı "Qəbələ"sini necə müqayisə edərdiniz?
- Mən hər ikimizin işlərində böyük fərq görürəm. Çünki Syomin hazırda komandanı yaradan bir insandır. Mənim vəzifəm isə tamamlilə başqa idi.
- "Qəbələ"dəki gələcək planlarınız nədir?
- Bu il "Qəbələ" üçün çox yadda qalan olacaq. Belə ki, qarşıda yeniyetmələr arasında üçüncü beynəlxalq "Qəbələ" kuboku keçiriləcək. Bundan başqa klubun stadionunun tikintisi də bu il başa çatacaq. Daha sonra İngiltərədə boks yarışı təşkil olunacaq. Həm də nəzərə almalıyıq ki, komandanın bu il mövsümü yuxarı pillələrdə başa vurmaq şansı böyükdür. Ona görə də düşünürəm ki, bu il "Qəbələ" üçün çox həyəcanlı olacaq.
- Əgər "Qəbələ" klubu mövsümün sonunda avrokuboklara vəsiqə qazanarsa, İngiltərədən güclü və ya ən azı ortabab futbolçuların transferinə köməklik edə biləcəksinizmi?
- Əminəm ki, bu sualı dörd il bundan əvvəl də mənə vermisən. Transfer məsələsində futbolçunun milliyəti önəmli deyil. Əsas alınacaq futbolçuların səviyyəsidir. Həmin futbolçular oyunlarda özlərini ən yaxşı tərəfdən göstərməlidirlər.
- Hər il keçirilən ənənəvi "Qəbələ" kuboku üçün rəqiblərin seçilməsində sizin müəyyən rolunuz varmı?
- Yox. Rolum yoxdur. Ancaq kömək etməyə çalışıram.
- Yayda Qəbələyə gələcək rəqiblərdən hansısa müəyyənləşibmi?
- Xeyr. Hələlik məlum deyil. 15 yaşadək futbolçulardan ibarət komandaların iştirak edəcəkləri yarışlardan asılı olaraq onların harada və nə vaxt turnirə qatılacaqlarını müəyyən etmək lazımdır. Bu fevral ayının sonlarında bəlli olacaq.
Vüsal HÜSEYN, Antalya
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd
“Real”ın hədəfində 7 futbolçu var