Antalyada hazırlıqlarını davam etdirən "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Qol.Az saytının suallarını cavablandırıb
- "Neftçi"nin "Fənərbaxça" ilə oyununu (0:0) canlı izlədiniz. Əvvəlcə bu görüş haqda təəssüratlarınızı bilmək istərdik.
- Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Hələ ki, futbolçular tam hazır olmasa da, ümumilikdə yaxşı oyun alındı.
- "Neftçi"nin oyununda canlanma hiss olundu. Siz necə düşünürsünüz?
- Razıyam, müşahidə etdim ki, komanda daha da ciddiləşib, nəticəyə oynamağı düşünürlər. Hər halda yeni baş məşqçi gəlibsə, fərq mütləq olmalıdır.
- "Qarabağ"ın hazırlıqları necə gedir? Futbolçuların durumu necədir?
- Proqram üzrə məşqlərimizi davam etdiririk. Futbolçular hələ ki, tam hazır deyil. Ancaq çalışırıq ki, öz proqramımızdan kənara çıxmayaq. Futbolçulara müəyyən yükləmələr veririk. Çempionatda fasilə bitənə qədər komandanı ən azından normal vəziyyətə gətirəcəyik.
- Rəşad Sadıqov və Nikolas Gelaşvili zədəlidir, braziliyalı legionerlər isə komandaya gec qoşuldular. Onlar çempionat oyunlarına qədər hazır ola biləcəklər?
- Ola bilər ki, hansısa çatışmazlıqlar olsun. Ancaq 1-2 turdan sonra bütün futbolçular formalarını bərpa edəcəklər.
- Qeyd etdiyimiz futbolçular qarşıdakı yoxlama oyunlarında meydana çıxa biləcəklər?
- Onlardan istifadə edəcəyik. Hələ qarşıda 4 yoxlama oyunumuz var. Düşünürəm ki, ən azı son sınaq matçımızda Gelaşvilidən başqa bütün futbolçular meydana çıxa biləcək.
- Yəqin ki, bundan sonra baxışa futbolçu dəvət edilməyəcək.
- Xeyr, baxışa futbolçu gəlməyəcək. Hazır futbolçu almaq fikrimiz var. Hələ ki, danışıqlar aparırıq, konkret razılaşdığımız futbolçu yoxdur.
- Hansı mövqelərə futbolçu axtarışındasınız?
- Hər bir mövqeyə futbolçu almaq istəyirik.
- Baxışda olan gənc futbolçu Fərhat Qıstarov haqda qərar vermisiniz?
- Həmin futbolçunu yanvarın 23-də Qazaxıstanın "Spartak" klubu ilə yoxlama oyununda sınayıb, ondan sonra qərarımı verəcəyəm.
- Dünən "Xəzər Lənkəran"ın da yoxlama oyununu izlədiniz. Artıq bu komandanın Antalyadakı iki oyununa canlı baxmısınız. Fasilədən sonra ilk rəqibiniz olan "Xəzər Lənkəran"ın hazırkı durumu haqda nə deyə bilərsiniz?
- Bu gün "Xəzər Lənkəran" haqda fikir bildirmək çətindir. Çünki hələ komanda hazırlığını davam etdirir, getdikcə daha da yaxşı formaya düşəcəklər. Bilirik ki, yaxşı baş məşqçiləri var. İkinci dövrənin son oyunlarında da yaxşı təsir bağışladılar. Mustafa Dənizlinin fərqli oyun fəlsəfəsi hiss olunur. "Xəzər Lənkəran" bizim üçün çətin rəqibdir, yaxşı futbolçuları var. Düşünürəm ki, bizi ağır bir oyun gözləyir.
Ramiq AĞAMƏMMƏDOV, Antalya
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi