"Qarabağ" klubunun bosniyalı qapıçısı İbrahim Şehiçin Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə müsahibəsi
- İlk dəfədir ki, "Qarabağ"la təlim-məşq toplanışındasan. Hazırlıqlar necə gedir?
- Azərbaycana gəlməmişdən əvvəl bilmirdim ki, ölkənizdə belə inkişaf etmiş klublar var. Ancaq marağım "Qarabağ"a olduğu üçün bu klubdan danışmaq istəyirəm. Burada məşqlərimiz əla keçir. Əsasən fiziki hazırlığa üstünlük veririk. Qapıçılarla işləyən məşqçimiz Elxan Həsənov bizi növbəti dövrənin oyunlarına yaxşı hazırlayır.
- "Qarabağ"a gəlişindən çox keçməmiş əsas heyət oyunçusuna çevrildin. Bunu gözləyirdin, yoxsa daha güclü rəqabət olacağını düşünürdün?
- Mən də digər oyunçular kimi komandaya gələn gündən start heyətdə oynamağa can atdım. Dünyanın harasına getsən, mümkün deyil ki, mübarizəsiz, asan şəkildə ilk 11-liyə düşəsən. Əlbəttə ki, Fərhad Vəliyev kimi qapıçı ilə rəqabət aparmaq çətindir. Fərhadla bir yerdə çalışmaqdan məmnunam. Mənim üçün "Qarabağ" kimi komandada əsas heyət üzvü olmaq çox önəmlidir.
- "Qarabağ"la hansı hədəflərə çatmaq arzusundasan?
- "Qarabağ"ın hədəfi mənim də hədəfimdir. Təbii ki, istərdim ki, ilk növbədə komandamla elə birinci ilimdə çempion olum. Daha sonra Çempionlar liqasında və ya Avroliqada uğurlu çıxışlarla yadda qalmaq istəyirəm. Məncə, bir neçə transfer həyata keçirsək, Avropada da yaxşı nəticə qazana bilərik. Ötən mövsüm də "Qarabağ" Avroliqada yaxşı nəticə qazana bilərdi. Sadəcə komandamızda təcrübə çatmadı. "Qarabağ" indiyədək "Visla", "Rusenborq" və digər belə güclü komandaları Avroliqadan kənarda qoyub. Düşünürəm ki, bunu yenə bacara bilərik.
- Son klubun olan "Mersin İdmanyurdu" ilə "Qarabağ"ı necə müqayisə edərdin?
- Məncə, "Qarabağ" daha peşəkar klubdur. Burada hamı öz işinin öhdəsindən gəlməyi bacarır. Yaxşı məşqçiləmiz var. "Mersin İdmanyurdu"nda 2 ilə yaxın məşq edə bilmədim. "Qarabağ"da isə özümü yaxşı cəhətdən göstərmək üçün daha çox imkan var. Biz müasir futbol oynayırıq. Önümüzə böyük hədəflər qoymuşuq. Buna çatmaq üçün şansımız çoxdur.
- Müntəzəm olaraq "Qarabağ"ın heyətində oyunlara çıxırsan. Buna görə də təbii ki, Bosniya və Hersoqovina milli komandasından dəvət gözləyirsən. Braziliyada keçiriləcək Dünya çempionatında iştirak etmək şansını necə görürsən?
- "Mersin İdmanyurdu" klubunda ehtiyatda qaldığım üçün milliyə dəvət almırdım. Ancaq daha əvvəl yığma komandada oynamışam. Milli komandamızın baş məşqçisi ilə son söhbətimdə o, mənə bildirdi ki, "Qarabağ"da davamlı olaraq oyunlara çıxsam, öz oyun səviyyəmi qorusam, məni milliyə dəvət edəcək. Bu, o deməkdir ki, hər şey öz əlimdədir və allahın köməkliyi ilə istəyimə çata bilərəm.
- Bilirsən ki, Dünya çempionatında iştirak edən ilk "Qarabağ"lı futbolçu ola bilərsən?
- Bəli, dostlarım bunu mənə deyib. Bu, mənə əlavə motivasiya verir. Çox istərdim ki, Dünya çempionatında iştirak edən ilk "Qarabağ"lı olum. Mənə elə gəlir ki, bu, Azərbaycan futbolunun da uğuru kimi qiymətləndirilə bilər. Yığma komanda ilə Braziliyada keçiriləcək Dünya çempionatına getsəm, ailəm və "Qarabağ" da xoşbəxt olacaq.
- Milli komandanızın mundialdakı şanslarını necə qiymətləndirirsən?
- Biz çətin qrupa düşmüşük. Argentina, Macarıstan və İranla bir qrupda mübarizə aparacağıq. Ancaq biz də futbol oynamağı bacarırıq, təcrübəli oyunçularımız var. Məncə, yaxşı nəticə qazana və hamını təəccübləndirə bilərik. Dünya çempionatına ilk dəfədir ki, vəsiqə qazanırıq. Buna baxmayaraq, bir çox komandaları məyus etməyi bacararıq.
- Sonda, Azərbaycan futbolu və çempionatımızın səviyyəsi haqda da fikirlərini bilmək istərdik.
- Müşahidə edirəm ki, Azərbaycan milli komandası hər il daha yaxşı təsir bağışlayır. Dünyanın müxtəlif ölkələrindən Azərbaycan klublarına futbolçular gəlir. "Qarabağ"ın legionerlərini buna misal göstərə bilərəm. "Anderlext"dən Reynaldo, "Olimpiakos"dan isə Çumbinyo transfer edilib. Bu, o deməkdir ki, Azərbaycan çempionatının səviyyəsini qaldırmaq istəyirlər. Əminəm ki, növbəti illərdə Azərbaycan klublarının səviyyəsi daha da yüksələcək.
Ramiq AĞAMƏMMƏDOV, Antalya
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır