"Qarabağ" klubunun braziliyalı yarımmüdafiəçisi Reynaldo Silvanın Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə müsahibəsi
- Artıq bir neçə gündür ki, Antalyada təlim-məşq toplanışındasınız. Hazırlıqlar necə gedir?
- Hər şey istədiyimiz kimidir. Gündə iki dəfə məşq edirik. Tədricən məşqlərin ağırlığı artır. Bu da normaldır. Yaxşı nəticə istəyiriksə, daha çox məşq etməliyik.
- Komandaya bir qədər gec qoşuldun...
- Mən və digər braziliyalı futbolçular baş məşqçidən icazə almışdıq. Çünki bizim ölkə uzaqdadır. İstirahət zamanı da məşqlərimi davam etdirirdim.
- İstirəhəti necə keçirdin?
- Ailəmlə, dostlarımla birlikdə oldum. Yaxşı istirahət etdim, geridə qalan 18 turun yorğunluğunu çıxardım.
- Komandaya gec qoşulduğun üçün əlavə fərdi məşq etdiyini gördük. Formanı yığa bilirsən?
- Topla oynamaqda bir az problemim var. Ancaq fiziki cəhətdən oyunlara hazıram. Qarşıda bizi yoldaşlıq oyunları gözləyir. Həmin oyunlarda çatışmazlıqları aradan qaldıracam və tam formamı bərpa edəcəm.
- 2013-cü ili özün üçün necə dəyərləndirirsən? Həm də 2013-cü il "Qarabağ"a gəlməyinlə yadda qaldı. Bu komandaya gəlişini ötən ilin uğurlarına yazırsan?
- Məncə, uğurlu bir il keçirdim. Həm çempionatda, həm də Avroliqa ounlarında komandamın vacib qollarını vurdum. Müəyyən vaxtlarda zədədən əziyyət çəksəm də, ümumən 2013-cü il mənim üçün pis keçmədi. "Qarabağ"a gəlməyim isə əlbəttə ki, uğurumun bir hissəsidir. "Qarabağ"da keçidiyim illər karyeramın ən gözəl illəri olacaq.
- "Qarabağ"la müqavilən nə vaxt bitəcək?
- 2016-ci ildə.
- Hansısa yerli və ya xarici klublar səninlə maraqlanıb?
- Bütün fikrim "Qarabağ"dadır. Diqqətimi başqa şeyə yönəltmək istəmirəm. Başlıca istəyim odur ki, mövsümün sonunda "Qarabağ"la çempionluq sevincini yaşayım.
- Avroliqada baxımlı oyunlarından sonra Bundesliqa klublarının birinin səni heyətinə qatmaq istədiyi deyilirdi...
- Belə xəbərlərə önəm vermirəm. Gələcəyimi "Qarabağ"la görürəm. Burada çox xoşbəxtəm.
- Təlim-məşq toplanışından sonra necə "Qarabağ" görəcəyik?
- Ən azı birinci dövrədəkindən daha güclü "Qarabağ" görəcəksiniz. Çünki biz də ona görə çalışırq. Bunun üçün Antalyaya təlim-məşq toplanışına gəlmişik. Böyük həvəs və məsuliyyətlə hazırlaşırıq ki, fasılədən sonra daha yaxşı təsir bağışlayaq. Çünki digər komandalar da güclənəcək. Hər bir komanda bizimlə oyuna daha yaxşı motivasiya olacaq. Çalışacaqlar ki, ən azı bizdən bir xal alsınlar. Liderliyi qorumaq çətindir. Buna görə də daha güclü olmalıyıq və olacağıq.
- Səncə, "Qarabağ"ın çempion ola biləcək bir heyəti var?
- Təbii ki, çempionluq şansımız yüksəkdir. Birinciliyimizi sona qədər davam etdirəcəyimizə inanıram. Hər bir futbolçumuzda böyük istək var. İstəklə yanaşı həm də daha çox məşq etməliyik. Çempion olmaq üçün kifayət qədər yaxşı heyətimiz var. Ancaq əlavə futbolçularla da güclənsək, daha yaxşı olar. Hər halda bunu baş məşqçi daha yaxşı bilər.
- Hansı komandalar çempionluq yolunda "Qarabağ"a daha çox mane ola bilər?
- Bütün rəqiblər bizdən xal almağa çalışır. Bundan sonra da belə olacaq. Əsas rəqiblərimizin siyahısına "Neftçi" və "Qəbələ"dən başqa "İnter"lə "Bakı"ının da adını əlavə edərdim.
Ramiq AĞAMƏMMƏDOV, Antalya
Leau zəddəsini sağaltdı
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı