Azərbaycan millisinin üzvü Ruslan Abışov şərəfini qoruduğu "Rubin" (Kazan) klubunun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, R.Abışov yeni baş məşqçisi və dünən keçirilən keçirilən "Qızıl top" mükafatının təqdimedilmə mərasimi barədə fikirlərini bildirib.
- Təlim məşq zamanı Qurban Berdıyevlə yeni baş məşqçin Rinat Bilyaletdinov arasında hansı fərqi hiss etdin?
- Bir məşqçi üçün bütün futbolçularla bərabər səviyyədə əlaqə qurması çox vacibdir. Yəni, futbolçunun adına və vətəndaşlığına önəm verməməlidir. Kim hazırdısa, o da oynamalıdır. Məncə, yeni baş məşqçimizdə bu xüsusiyyət var. Düşünürəm ki, o hər kəsə şans verəcək. Təbii ki, bütün futbolçular kimi mən də əsas heyətdə oynamaq istəyirəm. Bunu Qurban Berdıyevin vaxtında da demişəm: Əgər baş məşqçi şans verirsə, bundan maksimum yararlanmaq lazımdır.
- Məşqçilər koprusundan kimisə tanıyırdın?
- Vladimir Maminovun adı mənə tanışdır. Baxmayaraq ki, o zamalar Rusiya futbolunu yaxından izləmirdim. Yeni məşqçilər korpusuna demək istəyirəm ki, hazırda bütün komanda üçün vacib dövrdür. Biz Rusiya Premyer Liqasında turnir cədvəlində irəliləməliyik. Bunun üçün də çox çalışmalıyıq. Azarkeşlərimiz bizdən nəticə tələb edir və mən inanıram ki, onları razı sala biləcəyik. Yeni baş məşqçimiz komandanı Premyer Liqada yüksək pillələrə qaldıracaq.
- İlk olaraq Avropa Liqasında "Betis"lə qarşılaşacaqsınız. Rəqib haqda nə deyərdin və mərhələ keçmək şanslarınızı necə dəyərləndirirsən?
- Əlbəttə, "Betis" güclü rəqibdir. Baxmayaraq ki, onlar hazırda La Liqada aşağı pillələrdə qərarlaşıblar. Bununla belə, "Betis" ispan komandasıdır və onları qiymətləndirməmək olmaz.
- Bir ay vaxt sizin üçün kifayət edəcəkmi?
- Bəli. Düşünürəm ki, qarşıdakı oyunlara yaxşı hazırlaşmaq üçün vaxt kifayət edəcək. Yoldaşlıq görüşləri və məşqlər də bizə kömək olacaq.
- "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin "azərbaycanlı futbolçu erməni məşqçinin çalışdırdığı komandada olmamalıdır" fikirlərinə münasibətin necədir? Onu da qeyd edək ki, həmin vaxt "Rubin" baş məşqçi vəzifəsinə Vardan Minasyanın namizəd olduğu yazılırdı...
- Bunu yumorla qarşıladım. Futbolun siyasətə qarışmasını sevmirəm. Mən peşəkar futbolçuyam və komanda yoldaşlarım kimi baş məşqçinin də milliyyəti mənim üçün maraqlı deyil.
- "Qızıl top" mükafatı barədə soruşmasaq olmaz. Dünən kimə azarkeşlik edirdin?
- Təbii ki, Kriştiano Ronaldoya. Mən "Barselona"nın yox, "Real"ın fanatıyam. Ronaldo çoxdan bu mükafatı haqq edirdi. İkinci namizədim Riberi idi. Ancaq Messini yalnız üçüncü yerdə görürdüm.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
Öz qapısından rəqib qapısına qol vurdu - Video
Slot Salahın gedişini təsdiqlədi
Mahir oynadı, komandası qalib gəldi
Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti
Leau zəddəsini sağaltdı
18 ildən sonra: Tarixdə 3-cü dəfə
Eren Aydın: “Qol vuracağımı hiss edirdim”
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
Nazir və səfir “Qarabağ”ın U-12 komandasını ziyarət etdi
Poçettino “Tottenhem”in seçimindən məyus olub
Karyerasının 967-ci qolunu belə vurdu - Video
Marko Yankoviç: “Hakimlik bizi maraqlandırmır”
Messi adını daşıyan tribunanı ziyarət etdi: "İnanılmazdır"
Mançini İtaliya millisinə qayıda bilər
Fabreqas A seriyasında ən yaxşı seçildi
Orxan Məmmədov: “Sponsorlar minifutbola maraq göstərir”
Nərimanın komandası növbəti oyuna çıxır
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
Ronaldo qayıtdı, 2 qol vurdu
Yetirmələrinin transferindən ən çox qazanan klublar - Siyahı