AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- Komandanızın qış hazırlığı necə gedir?
- Artıq bir neçə gündür bir araya gəlmişik. Yanvarın 11-də ikitərəfli oyun keçirdik. Gənc futbolçular özlərini yaxşı tərəfdən göstərsə də, baxışa gələnlərin oyununu bəyənmədim və onlara hamısına "yox" deyildi. Bu həftə 4 yoxlama oyunu keçirəcəyik. Baxışa yeni futbolçular dəvət etmişik. Onları da sınaqdan keçirəcəyik. İnanıram ki, bizə lazım olan hücumçu və ya müdafiəçini aşkarlayıb, heyətə cəlb edəcəyik. Planlı şəkildə hazırlıqları davam etdiririk.
- Baxışa gələnlər əcnəbilər olacaq? Hansı mövqeləri gücləndirməyi daha vacib bilirsiniz?
- Bəli, baxışa dəvət etdiklərimiz hamısı əcnəbi olacaq. Çalışırıq ki, ən azı iki legionerlə komandanı gücləndirək. Hücum xəttinə də ən azı 1-2 yeni futbolçu lazımdır.
- Komandadan yenə göndərilən olacaq?
- Dörd futbolçu ilə yollarımızı ayırmışıq. Bundan sonra komandanı tərk edən olmayacaq. Əksinə yeni futbolçularla ehtiyat qüvvəimizi artırmalıyıq.
- Digər iddialı klublarımızdan fərqli olaraq AZAL təlim-məşq toplanışı üçün ölkə xaricinə üz tutmadı. Bu, komandanın hazırlıq səviyyəsinə nə dərəcədə təsir göstərə bilər?
- Şəraitimiz pis deyil. Problem ondadır ki, sınaq oyunları keçirəcəyimiz rəqiblər güclü olmayacaq. Ancaq neynəmək olar? Hesab edirəm ki, bizim komandanı burada daha yaxşı formalaşdırmaq olar, nəinki xaricdə. Biz yayda da ölkə xaricində hazırlıq keçməmişik. Hanısısa ölkəyə toplanışa getmək üçün əvvəlcə heyəti formalaşdırmaq lazımdır. Ancaq bizdə problemlər çoxdur. Onları həll etmək üçün bizim elə Bakıda qalmağımız məsləhətdir. Müasir standartlara uyğun bazamız, meydançamız var. Bizim şəraitimiz imkan verir ki, planlı şəkildə işlərimiz görək. Qeyd etdiyim kimi mənfi hal odur ki, güclü rəqiblərlə yoxlama oyunu keçirə bilməyəcəyik. Hansı ki, həmin oyunlarda zəif cəhətlərimizi aşkarlaya bilərdik. Bu, bizə problem yarada bilər.
- Hansı rəqiblərlə yoxlama oyunu nəzərdə tutulub?
- İstəyirik ki, yanvarın 15-də "Şahdağ"la oynayaq. Bundan başqa "Sumqayıt", "Araz Naxçıvan" və "Neftçala" ilə qarşılaşacağıq. Danışıqlar alınsa, ilk oyunumuz "Şahdağ"da olacaq.
- Son zamanlar çempionatımızda baş məşqçi dəyişikliyi geniş hal alıb. Xüsusilə Şahin Diniyev və Nazim Süleymanovun istefası gözlənilməz oldu. Buna münasibətiniz necədir?
- Mən tez-tez baş məşqçisini istefaya göndərən klublara qeyri-ciddi klub kimi baxıram. Çalışıram, bu məsələyə maksimum etik şəkildə münasibətimi bildirim. Ancaq yerli mütəxəssislərimizə inanamayanlar Allahsız olurlar. Hesab edirəm ki, azərbaycanlı baş məşqçilərin istefaya göndərilməsi düzgün yanaşma deyil. Hər iki mütəxəssis öz işini bilən, Azərbaycan futbolunda futbolçu və məşqçi kimi iz qoyan bir insandır. Həm Nazim Süleymanova, həm də Şahin Diniyevə vaxt verilməli idi. Az bir müddətlə iş ölçülə bilməz. Bilirəm ki, hər iki mütəxəssis işinə peşəkarcasına yanaşırdı. Heyif ki, rəhbərlik səbirsiz oldu və az bir müddətdə məşqçilərdən nəticə gözlədi. Bu iki nəfərin istefası hər bir azərbaycanlı mütəxəssisin şəxsiyyətinə toxunur. Belə hallar gələcəkdə baş verməməlidir. Futbolu dərindən bilən insanlara inam olmalıdır. İnam olmayan yerdə heç nə olmayacaq. Bu gün bizim çempionatda cəmi dörd yerli mütəxəssis çalışır. Liderlər qrupunda iki yerli baş məşqçinin komandası qərarlaşıb. Buna fikir vermək lazımdır. Mənim tövsiyəm odur ki, yerli mütəxəssislərə inam olsun. Çünki biz bütünlüklə Azərbaycan futboluna qulluq etməyə çalışırıq. Ona görə də ürəklə işləyirik.
Ramiq AĞAMƏMMƏDOV
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt
“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə
Milli komandada şok hadisə - 7 futbolçu yoxa çıxdı
İqor Ribeyro: “Neftçi” həmişə hər oyuna hazırdır”
Yamal əsəbiləşdi, Flikə də üz çevirdi - Video
İngiltərə kubokunun yarımfinal cütləri
"İnter" – "Roma" matçında 7 qol vuruldu