"Neftçi" klubunun baş məşqçi vəzifəsindən istefa verən Nazim Süleymanovun Qol.Az saytına müsahibəsi
- İstefanızla bağlı müxtəlif fikirlər səslənir. "Neftçi"dən getməyinizin əsl səbəbini bilmək istərdik.
- Dünən klub prezidenti Sadıq Sadıqovla görüşdüm və bildirdim ki, yeni transferlər etmək, mövqeləri gücləndirmək lazımdır. Həmçinin dedim ki, mən bir baş məşqçi kimi məşqçi heyəti formalaşdırmalıyam. Ancaq mənə "yox" cavabı verildi. Əgər mən məşqçi heyəti formalaşdıra bilmirəmsə, işləməliyəm "Neftçi"də? Komandaya lazım olan transferlər edilmirsə, hansı uğuru qazanmaq olar? Ona görə də istefa vermək qərarına gəldim. Bu gün isə istefam qəbul olundu. "Neftçi" böyük klubdur. Orada kim işləyəcəksə, ona uğurlar arzulayıram.
- Böyükağa Hacıyevin yenidən "Neftçi"yə baş məşqçi təyin olmağından xəbəriniz var?
- Kimin baş məşqçi olmağının mənə dəxli yoxdur.
- "Neftçi"də çalışanda Böyüka Hacıyevin öz postuna qayıdacağını hiss etmişdiniz?
- Məndə elə bir şey duymamışam. Yenə deyirəm, kimliyindən asılı olmayaraq, "Neftçi"nin yeni baş məşqçisinə uğurlar arzulayıram.
- İstefanızda Böyükağa Hacıyevin də "əməyi" olduğu deyilir...
- Deyə bilmərəm, bu işdə kimin rolu olub. Ancaq mənim baş məşqçi kimi işimə heç kim qarışmayıb. Sadəcə, "Neftçi" istəklərimi həyata keçirmədi. Belə olan halda orada qalmağın nə mənası var idi? Belə çıxır ki, mənim "Neftçi"də heç bir səlahiyyətim yox idi.
- İstefa ərizəsini kluba təqdim edəndə qalmağınız üçün israr olunmadı?
- Dünən axşam klubun vitse-prezidenti Tahir Süleymanovla görüşdüm. Ona da fikrimi bildirdim. İstefa ərizəmi dərhal qəbul etdikləri üçün onlara minnətdarlığmı bildirirəm. "Neftçi"nin qalmağımı təkid etməyimi özüm də istəmirdim.
- Yenidən milli komandaya qayıtmağınız mümkündür?
- İstefam bu gün qəbul olunub. Hələ ki, işləmək barədə düşünmürəm. Yəqin ki, mənə bir az istirahət etmək lazımdır. Ona görə də yeni iş yerimdən danışmaq hələ tezdir.
Ramiq AĞAMƏMMƏDOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu