"Bakı" klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Çempionatda yaranmış fasilədə necə istirahət etdin?
- Mən Yeni il bayramını qeyd etmirəm. Ailəmlə birlikdə Türkiyədə istirahət etdim. Yaxşı dincəldim, ayağımın müalicəsi ilə məşğul oldum. On günlük istirahətdən sonra Bakıya qayıtdım. Yanvarın 8-də müalicə üçün yenidən Türkiyəyə gedəcəm. Oradan isə komanda ilə birgə təlim-məşq toplanışı keçmək üçün İspaniyaya yollanacam.
- Ötən ili özün üçün necə qiymətləndirirsən?
- Şükürlər olsun ki, hər şey qaydasındadır. Həmişə çalışmışam ki, irəli baxım. Zədəli olub oynamayanda və ya uğurlu çıxış edəndə eyni istəklə daha da yaxşı olmağa can atmışam. Hər bir ili özüm üçün yaxşı dəyərləndirirəm. Ötən il həm də klubumu dəyişdim, "Qarabağ"dan "Bakı"ya gəldim. Burada qeyri-adi bir şey yoxdur. Futbolçu həyatı belədir. "Bakı" mənə təklif göndərdi və bunu dəyərləndirdim. Seçimimə görə peşman deyiləm. Çünki "Bakı" hər bir şəraiti ilə seçilən klubdur. Bu səbəbdən də 2013-cü il mənim üçün uğurlu sayılmalıdır.
- Bəs, "Bakı"nın 2013-cü ildəki çıxışları, nəticəsi haqda nə deyə bilərsən?
- Komandamız təzə yığılan heyətdən ibarətdir. Mövsümün əvvəlində çoxlu zədəlilərimiz oldu. Ona görə də xal itkiləri ilə üzləşdik. Məqsədimiz o idi ki, qış fasiləsinə ən azı 4-cü pillədə yollanaq və növbəti dövrədə daha güclü mübarizə aparaq. Beşinci pillədə olmağımızla hələ heç nə itirməmişik. Çünki mövsümün tam yarısı qabaqdadır. Bizdən yuxarı pillələrdə olan rəqiblərimizi məğlub etməyi bacarmışıq. Niyə də yenidən onları məğlub etməyək? Çalışacağıq ki, ən azı Avroliqaya vəsiqə qazanaq.
- Komanda yoldaşın Mindauqas Kalonas "Bakı"dan ayrılacağını bildirib və buna səbəb kimi Rauf Əliyevlə səni göstərib. Ümumiyyətlə son vaxlar mətbuatda sizin onunla yola getmədiyiniz yazılır. Bu məsələyə aydınlıq gətirməyini istərdik...
- Fikirləşmirdim ki, bu məsələ bu qədər şişirdiləcək. Bizim baş məşqçimiz var, qərarları o verir. Təəssüf ki, mətbuatda yazırlar ki, guya Rauf Əliyevlə mən Kalonası komandadan uzaqlaşdırdıq. Biz adi futbolçuyuq. Belə işlərə klub rəhbərliyi, baş məşqçi baxır. Onların qərarı olmadan biz hansısa futbolçunu komandadan necə göndərə bilərik? "Bakı"da heç kim Kalonası istəmir. Kalonas tək bizimlə yox, bütün futbolçularla, hətta baş məşqçi ilə də yola getmir. Belə çıxır ki, hamı pisdi təkcə Kalonasdan başqa. Bu adam bütün komanda ilə dalaşıb. Ona görə də səhvi özündə axtarmalıdır. Nə qədər ki, özünü düzəltməyəcək həmişə başına bu işlər gələcək. Ola bilər ki, başqa komandalarda da bu halla üzləşsin. Ona məsləhətim budur ki, ağlını başına toplasın. Tutaq ki, Raufla mən dəliyəm, axı komandanın 99 faizi Kalonasdan şikayət edir. Belə hallar komandanın birliyini dağıdır və nəticələrə təsir edir.
- Komandanız İspaniyada təlim-məşq toplanışı keçirəcək. Bu toplanışdan nə gözləyirsən?
- İspaniyada 5 klubla yoldaşlıq görüşü keçirəcəyik. Onların hamısı güclü komandalar olacaq. Yəqin ki, rəqiblərimiz biri də "Atletio" (Madrid) olacaq. Buna görə də baş məşqçimizə təşəkkür edirəm ki, bizi belə güclü rəqiblərlə qarşılaşdırır. İspaniyada ən güclü klublar hazırlıq keçir. Rəqiblərin nə qədər güclü olsa, çempionatda bir o qədər işin asan olar. İnanıram ki, bu toplanışın bizə çox böyük xeyri olacaq və fasilədən sonra daha güclü bir komanda olacağıq.
Ramiq AĞAMƏMMƏDOV
ÇL-də nəhənglərin dueli
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı