Şahin Diniyev: "Reallığı görüb, geri çəkildim"

Şahin Diniyev: "Reallığı görüb, geri çəkildim"
MÜSAHİBƏ 4 Yanvar 2014 / 14:52 3716
-  A +

"Göstərdiyim nəticələr məni qane etmədi. Gələcəkdə də komandaya daha yaxşı uğur qazandıracağıma əmin deyildim. Bu səbəbdən istefa verdim".

Bu sözləri Qol.Az saytına açıqlamasında "Rəvan"ın sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis komandadan öz istəyi ilə ayrıldığını bildirib: "Rəvan"a gələndə başqa cür düşünürdüm. Ancaq bugünkü reallıq düşündüklərimi həyata keçirməyə imkan vermədi. Klubun daxili işlərinə çox qarışmaq istəmirəm. Ancaq inkişafda mənim rolum yoxdursa, orada qalmağın mənası da yoxdur. Klub rəhbərliyi sağ olsun ki, dediklərimi anlayışla qəbul etdilər".

Ş.Diniyev uzun müddət işsiz qaldıqdan sonra "Rəvan"a gəldiyi üçün peşman olmadığını deyib: "Əlbəttə ki, daha iddialı klubda çalışsaydım, yaxşı olardı. Ancaq fərziyələrlə yaşamaq lazım deyil. Arzular birdi, imkanlar isə tam başqa şey deyir. Yəqin ki, "Rəvan"a gələndə xəyallarla yaşamışam. Sonradan reallığı gördüm və geri çəkilməyə məcbur oldum".

Daha çox


Son xəbərlər