"2013-cü ildən futbolumuz üçün çox şey gözləyirdim. İstəyirdim əsasən yerli futbolçularımız həm öz klublarında, həm də milli komandada oyunlarını inkişaf etdirsin. Təəssüf ki, bunu görmədim".
Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis geridə qalan 2013-cü ildə komandalarımızdan gözlədiyi uğuru görmədiyini deyib. Qeyd edib ki, "Qarabağ" və "Neftçi" kimi komandalarımız daha yaxşı nailliyyətlər qazanmalı idi: "Gözləyirdim ki, "Neftçi" 2012-ci ildəki uğurunu təkrarlayacaq. Çünki demək olar eyni heyətlə mübarizə aparırdılar. "Qarabağ"ın da daha böyük uğurunu gözləyənlər çox idi. "Qarabağ" Avroliqada çox yaxşı nəticə qazana bilərdi. Ancaq həmişəki kimi axırıncı mərhələdə mübarizəni dayandırdı və qrup mərhələsinə vəsiqə qazana bilmədi. Təsnifat mərhələsindəki son rəqibimiz "Ayntraxt" heç də "Qarabağ"dan üstün deyildi. "Qarabağ" klub olaraq analiz etməlidir ki, niyə komanda hər il qrup mərhələsinin bir addımlığında mübarizəni dayandırır? Heç olmasa bir klubumuz bu mövsüm Avroliqanın qrup mərhələsində oynamalı idi.
Uğur onda olar ki, yerli oyunçularımız baxımlı oyunu ilə xarici klubların maraq dairəsinə düşsün. Ruslan Abışovdan başqa heç bir futbolçumuz tanınmış xarici klubda çıxış etmir. Ruslan da heç əsas heyətə düşə bilmir. Avroliqa və Çempionlar Liqasında hazırda heç bir klubumuz mübarizə aparmırsa, inkişafdan danışmağımız düz olmaz. Yəni 2013-cü ildə istədiyimiz uğuru qazana bilmədik”.
Karyerası ərzində "Qarabağ", "Xəzər Lənkəran" və "Neftçi" komandalarını çempion etmiş milli komandamızın sabiq çalışdırıcısı klublarımızın ötənilki çıxışlarını ayrı-ayrılıqda dəyərləndirib: "Klubların hazırda turnir cədvəlindəki mövqeyi qanunauyğundur. "Qarabağ" öz oyunu ilə birinci pilləyə layiqdir. Hətta Ağdam klubu daha böyük fərqlə irəlidə olmalı idi. "Qəbələ"yə gəldikdə isə bu komanda həm baş məşqçisi, həm də nizam-intizamı ilə seçilir. Legionerlər də "Qəbələ"yə böyük kömək edir. "Neftçi"də isə həmin intizam yoxdur. Ona görə komanda bəzi oyunlarda vacib xal itirdi və qış fasiləsinə üçüncü pillədə yollandı.
"Xəzər Lənkəran"yarandığı gündən heç vaxt belə zəif çıxış etməmişdi. Komanda həmişə çempionluğa iddialı olub. Bu gün isə hansı yerdə olduğunu görürsünüz. "İnter" çempionatın startında çox zəif təsir bağışladı. Kaxaber Sxadadzenin komandası yüksək yerlər uğrunda mübarizə apara bilər. Ancaq medalçılar sırasına düşməyinə inanmıram. Çünki arxada qalan 18 tur ərzində "İnter" əsas rəqiblərinə qalib gələ biməyib. "Bakı" yenə də qeyri-stabil çıxışı ilə yadda qalır. Bu klubun strategiyası bilinmir. Həmişə komandanın baş məşqçisi Milinko Pantiç nədənsə narazı olur, uduzanda səhvləri kiminsə üzərinə atır. "Simurq" da stabil çıxışı ilə seçilir, döyüşkən komandadır. AZAL maliyyə cəhətdən əziyyət çəksə də, hər oyun yaxşı mübarizə aparır. Bu da yerli məşqçilər korpusunun əməyi hesabına olur. "Rəvan"a gəldikdə isə Şahin Diniyevin gəlişindən sonra bu komandanın oyununda stabillik yaranıb. Sadəcə "Rəvan"da olan oyunçular baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilmir. Hətta eşitdiyimə görə, Şahin Diniyev 5-6 futbolçu ilə yolları ayıracaq.
"Sumqayıt" isə sonuncu pillədə qərarlaşır. Həmişə bu komandada yerli, gənc futbolçuların çıxışının şahidi olurduq. Belə klublar Avropada çoxdur. Onlar gənc futbolçuları yetişdirib yaxşı qiymətə satırlar. Ancaq bu gün "Sumqayıt" öz yetirmələri ilə gəlir əldə edə bilmir. Əsasən başqa klubun futbolçularını icarəyə götürdüyü üçün son məqamda oyunçusuz qalır və maddi cəhətdən də xeyir qazanmır.
Sonda qeyd etmək istərdim ki, qış fasiləsindən sonra çempionatda başqa mənzərənin şahidi olacağıq. Çox gərgin oyunlar olacaq. Əsas mübarizə hələ qabaqdadır".
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu