"Qarabağ" klubunun qapıçısı Fərhad Vəliyevin Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqada cari mövsümün yarısı arxada qaldı. Geridə qalan iki dövrəni necə qiymətləndirirsən?
- Çempionatın əvvəlindən bizim işimiz yaxşı getdi. Avroliqa oyunlarında da pley-off mərhələsinə qədər irəlilədik. Qrup mərhələsinə düşə bilməsək də, həmin Avropada yaxşı çıxışlarımızla yadda qaldıq. Çempionatda bir çox gərgin oyunlarımız oldu. Vacib xallar itirdiyimiz matçlar da oldu. Ancaq qış fasiləsinə lider yollanmağı bacardıq.
- Ən stabil çıxış edən komanda "Qarabağ" oldu. Lakin sizə də 4 oyundan artıq ardıcıl qələbə qazana bilmədiniz...
- Düzdü, mövsümün əvvəlində dörd oyun qalib gəlsək də, sonradan bizdə də eniş oldu. Bu, hər bir komandada müxtəlif vaxtlarda baş verir. Ümumən nəzərə alanda pis çıxış etmədik. Yaxşı hal odur ki, əsas rəqiblərimiz sayılan "Qəbələ"ni hər iki oyunda məğlub etdik. "Neftçi"dən isə 4 xal aldıq. Bundan başqa "İnter"i də hər iki oyunda məğlub etdik. Liderlər qrupunda olan komandalardan xal almaq çox əhəmiyyətlidir. Qeyri-stabil çıxışlarımızın sebeblerinden biri odur ki, çempionat gərgin keçir. Bundan başq Respublika stadionu təmirə dayandığından ev oyunlarımızı digər yerlərdə keçirirdik. Həmin stadionlarda sanki qonaq komanda kimi çıxış edirdik. Çalışacağıq ki, qış fasiləsindən sonra daha yaxşı və stabil oyun nümayiş etdirək.
- Hansı komandalarla oyun daha yaddaqalan oldu?
- "Qəbələ" ilə ev oyunumuzu qeyd edərdim. Həmin görüşdə 4:0 hesabı ilə qalib gəldiyimiz halda qapımızdan 3 qol buraxdıq. Hətta hesab 4:4 də ola bilərdi. Çox maraqlı və gərginliyi ilə yadda qalan oyun oldu. Həmçinin "Neftçi"ni 3:1 hesabı ilə məğlub etdiyimiz qarşılaşma xatirmizdə qalacaq.
- 2013-cü ili özün üçün uğurlu hesab edirsən?
- Özüm üçün götür-qoy edəndə düşünürəm ki, bu ili normal hesab etməliyəm. Çempionat başlayanda ilk iki turda qapını Miro Varvodiç qorudu. Sonra isə baş məşqçi mənə etimad göstərdi və mən İbrahim Şehiç komandaya gələnə qədər bütün görüşlərdə qapıda durdum. Hesab edirəm ki, pis çıxış etməmişəm. Yadda qalan bir məqam da ondan ibarətdir ki, iki illik fasilədən sonra milli komandaya dəvət aldım.
- İbrahim Şehiçdən söz düşmüşkən, bu qapıçı gələndən ehtiyatda qalırsan. Təbii ki, ona şans verilməli idi, o da özünü göstərmək üçün oyunlara çıxmalı idi. Lakin belə görünür ki, bosniyalı qapıçı səni üstələyir.
- Şehiç kluba gələndən sonra baş məşqçi ona şans verdi, məni isə ehtiyatda saxladı. Tədricən Şehiçin çıxışları yaxşılaşdı, komandaya uyğunlaşdı. İlk oyunlarda onda bəzi çatışmazlıqlar hiss olunurdu. Bu da təbii idi, komandaya uyğunlaşmaq üçün vaxt lazımdır. Ancaq son turda "İnter"lə oyunda çox yüksək səviyyədə çıxış etdi. Buna baxmayaraq düşünürəm ki, qarşıdakı turlarda hər ikimizə ehtiyac duyulacaq.
- Ola bilərmi baş məşqçi Qurban Qurbanov Şehiçin Bosniya və Hersoqovina millisinə çağırılması üçün daima ona əsas heyətdə şans verir?
- Ola bilər. Şehiç daha əvvəllər milli komandaya çağırılıb. Lakin sonradan klubsuz qaldığı üçün ona millidən dəvət gəlməyib. Əlbəttə, "Qarabağ"da stabil çıxış etdikdən sonra milliyə dəvət almalıdır. Ona bu işdə uğurlar arzulayıram.
- "Qarabağ"ın çempionluq şanslarını necə görürsən? Çoxları "Qarabağ"ı çempionluğa ən real namizəd hesab edir.
- Biz də belə düşünürük. Əvvəlki illərdə də "Qarabağ" güclü olub. Ancaq bu il komandamız daha da stabilləşib. Bu mövsüm ən çox qol vuran və ən az qol buraxan komanda da bizik. Futbolçularla öz aramızda söhbət edirik ki, ən real çempionluq şansımız bu mövsümdür. Bunu əldən vermə kolmaz. Axıra qədər mübarizəmizi aparacağıq. Neçə illərdir "Qarabağ" çempionluq arzusundadır. Bu mövsüm həmin arzuya son qoymaq istəyirik.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu