"İnter" klubunun müdafiəçisi Ruslan Əmircanovun Qol.Az saytına müsahibəsi
- Başa çatmaqda olan ili "İnter" üçün necə qiymətləndirmək olar?
- Çempionata çox pis başladıq. Ardıcıl 5 oyun məğlub olduq, 5-6 oyundan cəmi 3 xal toplamışdıq. Hətta autsayder olmuşduq. Ancaq sonra özümüzdə güc tapdıq. Rəhbərlikdə bizə böyük dəstək oldu. Heç yerdə görülməyib ki, komanda 5 oyun ardıcıl məğlub olduğu halda rəhbərlik komandanı cəzalandırmasın. Özümüz də utanırdıq. Hamı deyirdi ki, yenə uduzdunuz? Bununla belə özümüzdə güc tapa bildik. Bəlkə də taktiki dəyişiklik bizim köməyimizə çatdı. Çünki baş məşqçi ardıcıl məğlubiyyətlərdən sonra beş müdafiəçi ilə oyuna üstünük verdi. Bundan sonra tədricən xallarımızı artırdıq. Sevindirici hal odur ki, 9-cu pillədən 4-cü pilləyə qalxmışıq. Liderlər qrupunda olan komandalardan bizi cəmi 5-6 xal ayırır. Həmin komandalarla qarşıda iki oyunumuz var. Buna görə də bizim üçün heç nə itirilməyib, bilmək olmaz ki, qarşıdakı turlarda bizi nələr gözləyir.
- Komandanız ikinci dövrəni 4-cü pillədə başa vurdu. Bunu necə nəticə hesab edirsən? Mövsümün startında desəydilər ki, qış fasiləsinə 4-cü pillədə yollanacaqsınız, buna qane olardınız?
- "İnter" həmişə çempionluğa oynayıb. Ən azı ilk "üçlük"də olmuşuq. Ancaq indi layiq olmadığımız yerdəyik. Keçən mövsüm qış fasiləsinə lider yollanmışdıq. Məncə, bu, önəmli deyil. Qoy biz qış fasiləsinə autsayder kimi gedək, ancaq çempionatın sonunda qarşımıza qoyulan məqsədə çataq. Bizə bu lazımdır. İstəmirik ki, çempionatın ortasında lider olaq, sonunda 6-cı pillədə qərarlaşaq. Çempioant başlayanda bizə desəydilər ki, qış fasiləsinə dördüncü pillədə yollanacaqsınız, razı olmazdıq. Ancaq 9-cu pillədə olarkən bunu desəydilər, sevinərdik. Yəni hazırkı mövqeyimizdən narazı olmamalıyıq. Bu pilləyə qalxmaqda bütün kollektivimizin zəhməti var.
- 2013-cü ili özün üçün uğurlu heab edirsən?
- Deməzdim ki, super çıxış etmişəm. Komandanın yuxarı pillələrə qalxmağında mənim də əməyim olub. Azərbaycanda stabil çıxış edən futbolçu yoxdur. Hər bir futbolçu kimi mən də çalışmışam ki, 90 dəqiqə ərzində komandama kömək edim. Pis oynadığım vaxtlar da olub. Bu il həm də milli komandaya dəvət aldım. Ancaq oyunlarda meydana çıxmadım. Berti Foqts mənimlə söhbətində bildirirdi ki, əsas odur ki, öz klubunda oynayasan ki, milliyə dəvət alasan. Düşünürəm ki, 2013-cü ildə oyunlarım pis alınmayıb.
- Yarım müvsüm ərzində "İnter"də hansı boşluqların olduğunu hiss etdiniz?
- Əslində bu işləri baş məşqçimiz daha yaxşı bilir. Ancaq aşkar hiss olunur ki, bizdə hücumçu problemi var. Yəni bizim hücumçularımız qol vurmur. Qol vuran yarımmüdafiəçi və müdafiəçilərdir. Vaqif Cavadov bu gün 9 qolla bombardirlər siyahısına başçılıq edir. Ancaq Vaqif də hücumçu deyil, yarımmüdafiəçidir. Hamı bunu yaxşı bilir ki, bizdə birinci növbədə hücumçu çatmır. Hiss olunur ki, yaxşı hücumçumuz olsa, qarşımızda heç kim dura bilməz. Biz komanda oyunu oynayırıq.
- Qış fasiləsinə qədər hər bir komanda ilə iki dəfə qarşılaşdınız. Sizin üçün ən çətin rəqiblər hansı komandalar oldu?
- Statistikaya baxanda görürük ki, bütün komandalar bir-biri ilə çətin oynayır. Bu gün "Sumqayıt" autsayderdi. Ancaq bu komanda ilə son oyunumuzda qalib gələsk də, başımıza oyun açdılar. Yəni hansısa komandaya zəif baxsan, dərhal səni cəzalandırar. Fikirləşsən ki, bu "Rəvan"dı, "Sumqayıt"dı, sabah oyunda bunlara 3 qol vuracağıq, yanılarsan. "Qarabağ"a rəqib kimi necə yanaşırıqsa, "Sumqayıt"a da o cür münasibət bəsləyirik. Əvvəlki oyunlara nəzər salanda bizim üçün ən çətin rəqiblər "Qarabağ" və "Neftçi"dir. Keçən mövsüm "Neftçi" ilə 6 oyunumuz oldu. Cəmi bir kubok oyununda heç-heçə etdik, qalan bütün qarşılaşmalarda uduzduq. İki ildir mən "İnter"dəyəm, bu müddət ərzində "Qarabağ"a qalib gələ bilməmişik. "Qarabağ"da AZAL və "Rəvan"la çətin oynayır. Yəni hər bir komanda üçün çətin rəqiblər var.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu