"Liderliyi qaytaracağımızı hiss edirdik"

"Liderliyi qaytaracağımızı hiss edirdik"
MÜSAHİBƏ 22 Dekabr 2013 / 14:45 4395
-  A +

"İnter"lə oyunlarımız həmişə çətin və maraqlı alınıb. Rəqibin yaxşı baş məşqçisi var. Bilirdik ki, bu dəfə də bizi asan oyun gözləmir. Ancaq istəyirdik ki, ili qələbə ilə başa vuraq, qış fasiləsindən sonra yenə kimisə qovmayaq, özümüz lider olaq".

Qol.Az saytına açıqlamasında bu sözləri "Qarabağ" klubunun yarımmüdafiəçisi Namiq Yusifov "İnter"lə oyun (2:0) haqda danışarkən deyib.

Təcrübəli futbolçu qış fasiləsinə lider kimi yollanacaqlarına əvvəlcədən inandığını bildirib: "İnter"in təhlükəli rəqib olduğu məlum idi. Qol vuran oyunçuları var. Ona görə ilk yarıda ehtiyatlı oyuna üstünlük verdik. Onsuzda "Qarabağ" həmişə tələsmədən oynayır. İkinci hissədə əlimizə düşən fürsətlərdən istifadə edib qollarımızı vurduq. "Neftçi"nin məğlub olmağı da işimizə yaradı. Hiss edirdik ki, qalib gəlsək, liderliyimizi qaytaracağıq".

N.Yusifov başa çatmaqda olan 2013-cü ili "Qarabağ" üçün belə dəyərləndirib: "Hələ ki, elə bir nəticəmiz yoxdur. Əsas nəticə may ayında bilinəcək. Ancaq həm çempionatda, həm də Avroliqada yaxşı oyunlarmız oldu. Uğursuz çıxışlarımız da oldu. Təbii ki, uduzmasan, qələbənin də dadını hiss edə bilməzsən. Məğlubiyyətdən sonra qazanılan qələbə daha şirin olur. Əlbəttə, hər oyun qalib gəlsək, daha yaxşı olar. Ancaq futbolun gözəlliyi ondadır ki, bir oyunda qalib gəlib digər oyunda məğlub olursan".

N.Yusifov "Qarabağ"ın qış fasiləsinə lider yollanmasını böyük uğur saymadığını  qeyd edib: "Deməzdim ki, lider olmağımız çox şeydən xəbər verir. Sadəcə birinci olmaq həmişə yaxşıdır. Çalışacağıq ki, yerimizi qoruyub saxlayaq. Əsas odur ki, bunu bacaraq. Hələ ki, bu liderlik bizə heç nə vermir. Ancaq bir məsələdə var ki, biz bir addım əsas rəqiblərimizdən irəlidəyik. İndi ancaq öz oyunlarımıza fikir verməliyik. Sona qədər belə davam edə bilsək, çempionluğu qazana bilərik".

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki