"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfovun Qol.Az saytına müsahibəsi
- Komandanız bu gün 2013-cü ildə son oyununda “Bakı”ya 2:0 hesabı ilə qalib gəldi. Oyun haqda fikirlərinizi bilmək istərdik.
- Matç komandamızın üstünlüyü ilə keçdi. İkinci hissədə "Bakı" daha çox təzyiq göstərməyə başladı. Buna görə də komandamız əks-hücumda oynadı. Ümumilikdə futbolçularımız çox istəkli idi. Bütün komandamızı təbrik edirəm.
- Artıq il sona çatır, komandalar fasiləyə yollanır. Başa çatmaqda olan ili "Qəbələ" üçün necə qiymətləndirirsiniz?
- Hələ ki, hər şey plan üzrə gedir. Qarşımıza nə məqsəd qoymuşuqsa, ona çatırıq. Sözsüz ki, heç nədən xal itikilərimiz də oldu. Ancaq futbolda gözlənilməz hallar olur. Qış fasiləsində bəzi mövqelərimizi gücləndirəcəyik. Ondan sonra inanıram ki, komanda daha yaxşı çıxış edəcək.
- 2013-cü il "Qəbələ" üçün həm də təcrübəli mütəxəssis Yuri Syominin komandaya gətirilməsi ilə yadda qaldı. Syominin rəhbərlik etdiyi komanda əvvəlki illərdən nə ilə fərqlənir?
- Birinci növbədə burada təcrübəni qeyd etmək lazımdır. Syominə qədər biz daha çox gənc məşqçilərə üstünlük verirdik. Fikirləşirdik ki, gənc məşqçilər daha istəkli olarlar. Ancaq Syomin təcrübəsi ilə bizə daha çox fayda verir. Təcrübə deyəndə Syominin böyük klublarda çalışmasını nəzərdə tuturam. Müəyyən kritik anlarda o, təcrübəsi hesabına komandanı vəziyyətdən çıxarmağı bacarır. Digər texniki məsələləri isə hamı görür. Bunu mənim deməyimə ehtiyac yoxdur.
- "Qəbələ" bu il çempionluğa daha iddialıdır. Bunu sırf Yuri Syominlə bağlamaq olar?
- Keçən il də eyni büdcə, eyni istəklə çempionata başlamışdıq. Məncə, baş məşqçi amilinin rolu çox böyükdür. Çünki Syominə yaradılan şərait əvvəlki baş məşqçilərin dövründə də var idi.
- Bu gün Rusiya mətbuatı yenə Syomin haqda yazıb. İddia olunur ki, Qurban Berdiyevin istefasından sonra "Rubin"in baş məşqçi postuna ən real namizədlərdən biri Yuri Syomindir.
- Hazırda Syominlə birlikdəyik. Nə ona, nə də kluba bu haqda nəsə deyilib. Rusiya mətbuatı çox şey yaza bilər. Ancaq real olaraq heç bir təklif gəlməyib.
- Nədənsə, son vaxtlar Rusiya mətbuatı Syomini tez-tez başqa komandaya “göndərir”...
- Məncə, bu normaldır. Belə bir mütəxəssis haqda çox iddialar ola bilər.
- "Qəbələ"nin qış hazırlıq planı necədir?
- Komanda gələn il yanvarın 5-də Antalyada toplanacaq. Təxminən 12-13 günlük təlim-məşq toplanışı olacaq.
- "Qəbələ"nin futbolçusu Nizami Hacıyev Polşanın "Paqon" klubunda baxışda olub. Onun qışda komandanı tərk etmək ehtimalı var?
- Hələ ki, Nizamiyə görə bizə heç bir təklif gəlməyib. Komandalar arasında danışıq olmayıb, rəsmi bir şey yoxdur. Biz ona şərait yaratmışıq, gedib "Paqon"da baxışda olub. Bundan başqa bir şey deyə bilmərəm.
- Yəqin qış fasiləsində heyətdə dəyişiklik olacaq. Gedəcək futbolçuların siyahısı hazırdır?
- Hələ ki, gedəcək futbolçuların adı tam bəlli deyil. Ancaq təbii ki, gedənlər olacaq. Bəzi mövqelərimizi də gücləndirmək fikrimiz var.
Ramiq AĞAMƏMMƏDOV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"