"Qəbələ" klubunun müdafiəçisi Rail Məlikovun Qol.Az saytına müsahibəsi
- Uzun müddətdir zədədən əziyyət çəkirsən. Hazırda durumun necədir?
-Türkiyədən 3 gündür ki, gəlmişəm. Orada reablitasiyada idim. Hər şey yaxşılığa doğru gedir.Məşqlərimin bir hissəsini komanda ilə edirəm, bir hissəsini isə verilən proqram üzrə. Ancaq sırf fərdi məşqlər edirəm.
- Yəni növbəti görüşü də buraxmalı olacaqsan?
- Bəli, mənim zədəm diz bağlarımdadır. Belə zədələr 6 aya düzəlir. Məndə isə hələ 3 ay keçib. Buna baxmayaraq, komandamla birgə təlim-məşq toplanışına gedəcəyəm.
- "Qəbələ" ilə müqavilən nə vaxt başa çatır?
- Hələ 2014-cü ilin yayına qədər müqaviləm var. Ona görə də hansısa klubdan təklif gəlsə belə, məni maraqlandırmaz.
- Vaxtilə çıxış etdiyin Türkiyənin "Dənizlispor" klubu çətin dövrlərini yaşayır. Komandada çıxış edən futbolçumuz Saşa Yunisoğlu maliyyə problemlərinə görə komandanı tərk edə bilər. Sənin dövründə də vəziyyət belə acınacaqlı idi?
- Maliyyə problemləri var idi. Ancaq bu dərəcədə deyildi. Mən komandadan ayrılanda bütün maaşımı almışdım. Heç bir sıxıntım yox idi.
- Yəni sənin "Dənizlispor"dan ayrılmağın maliyyə probleminə görə olmadı?
- Xeyr. Mən sırf vətənə dönməyə görə "Dənizlispor"dan ayrıldım.
- Çempionatın növbəti oyununda komandanız "Bakı" ilə qarşılaşacaq. Bu haqda nə deyə bilərsən?
- "Bakı" ilə birinci matçda mən də oynayırdım. Həmin qarşılaşmada hesabda geri olmağımıza baxmayaraq, 2:1 hesabı ilə qalib gəlmişdik. "Bakı" yaxşı komandadır, lider "Qarabağ"a qalib gəliblər. Ona görə də indi onların düşərgəsində yaxşı ab-hava var. Biz isə "Neftçi"yə heçnədən uduzduq. Bu məğlubiyyəti unurdurmağa çalışacağıq. Öz meydanımızda, azarkeşlər önündə yüzfaizli nəticəyə oynayacağıq. Çalışacağıq ki, qələbə qazanaq. Fasiləyə lider kimi yollanmaq şansımız da var.
- Milli komandımızın sabiq üzvü kimi Berti Foqtsun yığmamızla müqaviləsini uzatmağına münasibətini bilmək istərdik.
- Məncə, düzgün qərar veriblər. Belə məsləhət biliblərsə, deməli, Foqt qalmalı idi.
- Ancaq həmişə Foqtsun səni milliyə çağırmamasından gileylənirdin.
- Millinin qapısı heç kimin üzünə bağlanmayıb. İnşallah, formamı yığandan sonra niyə də milliyə çağırılmayım? Yəni milliyə çağırılmamağımın səbəbi Foqts deyil.
Ramiq AĞAMƏMMƏDOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu