"Neftçi" klubunun sabiq məşqçisi Kamal Quliyevin Qol.Az saytına müsahibəsi
- "Neftçi"dən ayrıldıqdan sonra nə işlə məşğulsunuz?
- Bekarçılıqdır. Övladlarımın təhsili ilə məşğulam. İşləyən dövrdə insan bir qədər ailədən uzaq olur. İndi isə sırf ailə qayğıları ilə məşğulam. Mütəmadi olaraq futbola, məşqçiliyə aid kitablar oxuyuram. İnternet vasitəsi ilə böyük klubların məşq prosesləri, taktiki sxemləri haqda maraqlanıram. Komandamızın hər bir oyununu izləyirəm. "Neftçi"ni nəzərdə tuturam. Çalışıram, digər oyunlara da vaxt ayırım.
- Bir müddət əvvəl "Neftçi"yə qayıdacağınızla bağlı xəbərlər dolaşırdı...
- Hazırda bu məsələ haqda danışmaq tezdir. İnşallah, real nəsə olarsa, onda danışarıq. Hələ ki, ortada dəqiq bir şey yoxdur. Bir vaxtlar "Neftçi"yə qayıdacağım gündəmdə idi. Ancaq hələ ki, məsələ açıq qalır.
- "Neftçi"nin sizin istefanızdan sonrakı çıxışlarını necə qiymətləndirirsiniz?
- Düzdü, "Neftçi" 1-2 oyunda məğlub oldu. Buna baxmayaraq, gücünü toplayıb "Qəbələ"yə qalib gəldi və liderliyə yüksəldi. Hər halda səhvsiz komanda olmur. Biz "Nefçi"də işləyəndə də bu səhvlər olub. "Neftçi"nin son iki məğlubiyyəti futbolçuların öz səviyyələrindən aşağı çıxış etməsi ilə bağlı idi. Bunun da günahı futbolçulardadır. Məncə, onlar rejimə əməl etmirlər. Futbol dünyanın hər bir yerində günbəgün inkişaf edir. Görürsünüz ki, "Real" və "Mançester Yunayted" kimi böyük klublar özlərindən aşağı səviyyədə olan komandalarla oyunda çətinlik çəkir. Çünki rəqiblər də inkişafdadır. "Neftçi"nin mənfi və müsbət cəhətlərini baş məşqçi Nazim Süleymanov məndən yaxşı bilir. Hazırda komanda birinci pillədədirsə, deməli, düzgün yoldadır. Hər bir işdə dəyişiklik etmək üçün vaxt lazımdır. Qısa bir müddətdə hansısa irəliləyişə nail olmaq mümkün deyil. Bunlar hamısı tədricən olmalıdır.
- Rəşad Sadıqovun ilin ən yaxşı futbolçusu seçilməsi ilə bağlı nə deyə bilərsiniz?
- Rəşad Sadıqov ən yaxşı futbolçularımızdan biridir. Onunla bərabər digər futbolçularımız da bu ada real namizəd idi. Məncə, seçim düzgündür. Çünki Rəşad bu il həm millidə, həm də Avroliqadakı oyunu ilə çox gözəl təsir bağışladı, bir daha gənc oyunçulara örnək oldu.
- Milli komandamızın baş məşqçisi Berti Foqtsun postunda qalmasına münsabiətiniz necədir?
- Biz müzakirə edənlərik. Qərarı isə AFFA qəbul edir. Hər bir qərara da hörmətlə yanaşmaq lazımdır. Belə məsləhət biliblərsə, neyləmək olar? Gözləyək görək nə olur. Əvvəlki illərdən fərqli olaraq Azərbaycanda yaşayıb, çempionatı izləsə, bəlkə də yaxşı olar. Bizim istədiyimiz odur ki, baş məşqçinin kimliyindən asılı olmayaraq, futbolumuz inkişaf etsin. İstər Foqts olsun, istərsə də Əli ya Vəli, əsas odur ki, milli komandamız uğur qazansın. Bizə qalan gözləməkdir ki, görək, Foqts bundan sonra nə edəcək?
- Daima Foqts əleyhdarlarından olmusunuz. Yəqin onun qalmağına sevinmədiniz.
- Həmişə Foqtsun getməyini arzulayan bir insan olmuşam. Bu gün də sözümdə qalıram. Ancaq qeyd etdiyim kimi qərarı biz qəbul etmirik. Yenə də Foqtsun geyməyinə ikiəlli razı olaram. Ancaq çox təəssüf ki, belə olmadı.
- Bildiyiniz kimi milli komandamızın məşqçiləri də təyin olundu. Berti Foqtsa köməkçi qismində namizədlər siyahısında da adınız olmadı. Bəlkə, bu, həmişə Foqtsun əleyhinə olmağınızla bağlıdır?
- Hər şey ola bilər. O siyahıda Kamal yox, başqası olmağının mənim üçün fərqi yoxdur. Yenə deyirəm, təki futbolumuz inkişaf etsin. Yerli məşqçilərimzin yetişməyi çox yaxşıdır. Mən adi bir kəndli balasıydım. Kənddən gəlib belə bir nüfuza sahib olmuşam. Oynadığım dövrdə mənə "daydaylıq" edən öz oyunum, məşqim və əziyyətim olub. Bir futbolçu oynamaq şansı qazana bilmirsə, həmin futbolçuya günahı özündə axtarmağı tapşırıram. Dəqiq deyə bilmərəm ki, Foqtsu tənqid etdiyim üçün dediyiniz siyahıda adım olmayıb. Nə edirlər etsinlər, təki futbolumuz yüksəlsin.
Ramiq AĞAMƏMMƏDOV
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video