AFFA tərəfindən Azərbaycan milli komandalarının 2013-cü il ərzində ən yaxşı futbolçularının mükafatlandırma mərasimində milli komandamızın və Rusiyanın "Rubin" klubunun şərəfini quruyan Ruslan Abışov da iştirak edib. Tədbirdən sonra o, Qol.Az-ın əməkdaşının suallarını cavablandırıb
- "Rubin"dəki gələcək planınla bağlı nə düşünürsən?
- Gələn ilin yanvar ayında Türkiyədə təlim-məşq toplanışında olacağıq. Həmin toplanışa hazırlaşıram. "Rubin"də möhkəmlənmək istəyirəm. Hazırda başqa bir planım yoxdur. Təlim-məşq toplanışından sonra çox şeyə aydınlıq gələcək. Demək olar ki, bir il "Rubin"də oynamadım. Bu, mənə çox pis təsir etdi.
- Avroliqada növbəti rəqibiniz olan "Betis" haqda nə deyə bilərsən?
- "Betis" hazırda İspaniya La Liqasında autsayder olsa da, bizim üçün çətin rəqibdir. Həmişə "Betis"in çox yaxşı oyununun şahidi olmuşuq. İnanıram ki, "Betis" səddini keçə bilərik. Keçən il də Qurban Berdiyev Avroliqada məşqçilik qabliyyətini nümayiş etdirdi. Bu dəfə də yəqin ki, onun düzgün taktikası ilə "Betis"i mübarizədən kənarlaşdıra bilərik.
- Azərbaycanın veteran futbolçusu Vəli Qasımov vaxtilə "Betis"in şərəfini qoruyub. Bugünkü tədbirdə onunla söhbətin oldu?
- Vəli müəllimlə görüşdük, ancaq o barədə danışmadıq.
- "Rubin"ini heyətində səni görə bilmirik...
- Dediyim kimi, bu, mənə pis təsir edir. Ancaq neyləmək olar? İlin əvvəlində və sonunda zədələndim. Son dövlər oynamaq şansım daha çox idi. Ancaq zədə buna imkan vermədi. Artıq bu il başa çatır. Özümə onu arzu edirəm ki, 2014-cü ili zədəsiz keçirim. Əlbəttə, heyətə düşmək üçün daha çox çalışmaq və həvəsdən düşməmək lazımdır.
- Baş məşqçi Qurban Berdiyev səninlə söhbətində heyətə düşməyinlə bağlı nə deyir?
- O mənə bildirib ki, sənə güvənirəm, səbr et, heyətə düşəcəksən. 2013-cü ili oynamadan yola verdim. 2014-cü ildə mütləq oynamalıyam. Ya "Rubin"də, ya da icarə əsasında başqa klubda oynamalıyam ki, oyun təcrübəsindən əziyyət çəkməyim.
- "Qəbələ"nin sənə təklif göndərməsi xəbəri nə dərəcədə düzgündür?
- Gələn təkliflərə görə təşəkkürümü bildirirəm. Ancaq hələ ki, Azərbaycana qayıtmaq fikrim yoxdur. Bütün fikrimi "Rubin"ə yönəltmişəm. Rusiyaya oynamaq, özümü sübut etmək üçün getmişəm. Düzdür, bunu etmək çətindir. Hiss edirəm ki, Azərbaycan çempionatından çıxıb Rusiyada oynamaq çox çətindir. Ancaq yenə də mən sınmıram. Əksinə mübarizə aparıram, çalışıram. İnanıram ki, istəyimə çatacam.
- Belə başa düşmək olar ki, "Qəbələ" Azərbaycan klubu olduğu üçün bu təklif sənə maraqlı deyil. Bəs, digər MDB ölkələrinin çempionatında çıxş etmək istəyərsən?
- Bu, arıtq təklif gələn ölkədən asılıdır. Tutaq ki, Qazaxıstandan mənə təklif gəlsə, razılaşmaram. Əslində "Qəbələ" hər bir şəraitinə və baş məşqçisinə görə Azərbaycanda ən yaxşı klublardan biridir. Ancaq Azərbaycan klublarında oynamaq istəmirəm. Təlim-məşq toplanışında özümü göstərəcəm. Sübut edəcəm ki, əsas heyətdə oynamalıyam. Məşqçinin beynində belə bir fikir formalaşdırmalıyam ki, hər an meydana çıxa bilərəm. Yəni hazırda sırf "Rubin"də əsas heyətə düşməyi fikirləşirəm. Düşünmürəm ki, gedib başqa klubda əsas heyətə düşüm.
- Son vaxtlar icarə əsasında Rusiyanın başqa klubuna keçəcəyinlə bağlı xəbərlər dolaşır.
- Qeyd etdiyim ki, əsas fikrim "Rubin"də qalmaqdır. Ancaq təlim-məşq toplanışında baş məşqçimizlə yenidən danışacam. Məsləhət olsa, icarə əsasında digər kluba keçə bilərəm.
- Rəşad Sadıqovun ilin ən yaxşı futbolçusu seçilməsi ilə bağlı nə deyə bilərsən?
- Düşünürdüm ki, Rəşad Sadıqov, ya da Mahir Şükürov seçiləcək. Gördüyünüz kimi seçimimdə yanılmadım. Məncə, doğru qərar oldu.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu