"Bakı" klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın son turunda lider "Qarabağ" üzərində 2:1 hesablı qələbə qazandınız. Görüş haqda fikirlərini öyrənək...
- Çox güclü komandaya qarşı oynayırdıq. "Qarabağ"ın neçə ildir bir yerdə oynayan futbolçulardan ibarət kollektivi var. Bunun mahiyyətini dərk edirdik. Öz meydanımızda qələbə qazanıb azarkeşləri sevindirməliydik. Ona görə də var gücümüzü ortaya qoyub lider komandaya qalib gəldik.
- "Qarabağ"ın bir neçə əsas üzvünün olmaması qələbənizdə nə kimi rol oynadı?
- Əlbəttə, 4 aparıcı futbolçusunun olmamasının qələbəmizdə böyük rolu oldu. Təkcə Rəşad Sadıqovu yoxluğu "Qarabağ"ın 60-70 faizinin olmaması deməkdir. Bundan başqa rəqibin yarımmüdafiə xəttində də boşluqlar hiss olunurdu.
- Xeyli müddətdir zədədən əziyyət çəkirdin. "Qarabağ"la oyunda sənə çətin olmadı?
- Əslində mən oynamaq istəmirdim. Ancaq baş məşqçi heç olmasa 20 dəqiqə oynamağımı məsləhət bildi. Mən də meydana çıxdım. Ancaq ayağımda yenidən ağrılar başladı. Meydana çıxmasaydım, daha yaxşı olardı.
- Növbəti oyuna çıxa bilərsən?
- Bu gün bir qədər qaçmışam. Hələ də yüngül ağrılarım var. Oyuna qədər ciddi bir şey olmasa, meydana çıxacağam.
- İlin son oyununu "Qəbələ"yə qarşı keçirəcəksiniz. Bu görüş haqda nə düşünürsünüz?
- Bizi çox ağır oyun gözləyir. Çünki səfərdə "Qəbələ" kimi komandaya qarşı oynayacağıq. Həm də bu, ilin son oyunudur. Bütün gücümüzlə oynamalıq. Çünki artıq istirahətə yollanacağıq, hansısa oyunu fikirləşməyəcəyik. Ona görə də səfərdən maksimum nəticə ilə qayıtmağı düşünürük. Qələbə qazansaq, liderlər qrupuna daha da yaxınlaşacağıq.
- Maraqlıdır ki, "Bakı" əksər ev oyunlarında qələbə qazanır, səfər oyunlarında isə məğlub olur.
- Bu, meydan amilinin yox, ümumiyyətlə qeyri-stabil çıxışların nəticəsidir. Hələ ki, oyunlarımızda stabilliyi qoruya bilmirik. Bu da gözlənilən idi. Çünki komandaya yeni baş məşqçi gəlib, futbolçuların əksəriyyəti yenidir. İnşallah qış fasiləsindən sonra tam başqa "Bakı" görəcəksiniz.
- Səncə, Azərbaycanda ilin ən yaxşı futbolçusu adına kim daha çox layiqdir?
- Rəşad Sadıqov və Rauf Əliyev bu ada layiq bilirəm.
Ramiq AĞAMƏMMƏDOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu