"Neftçi" klubunun kapitanı Rəşad Sadiqovun Qol.Az saytına müsahibəsi
- Əvvəlcə Topaz Premyer Liqasının 17-ci turunda "Qəbələ"yə qalib gəldiyiniz oyun (2:1) haqda fikirlərini bilmək istərdik.
- Çox çətin qələbə qazandıq. Çünki liderlər qarşılaşırdı. Hər iki komanda çempionluğa iddialıdır. Əvvəlcədən bizi necə gərgin oyun gözlədiyini bilirdik. "Qəbələ" də çox yaxşı komandadır, güclü baş məşqçiləri var. "Qəbələ" də bizim kimi hər bir komandaya qarşı açıq futbol oynayır. Ona görə də maraqlı oyun keçdi.
- Yəqin oyundan əvvəl "Qarabağ"ın "Bakı"ya məğlub olduğunu bilirdiniz. Bu, oyunun gərginliyini daha da artırırdımı?
- Ola bilər ki, bu da oyunumuza təsir etsin. "Qarabağ"ın məğlub olmağını bilirdik. Ancaq onsuz da biz hər oyun qələbəyə oynayırıq. "Qarabağ" qalib gəlsə, qələbə bizə daha çox lazım olacaqdı. Biz çempionluğa oynayan komandayıq. Ona görə də rəqiblərin büdrəməsini gözləməməliyik. Doğrudan da "Qəbələ" ilə oyuna yaxşı motivasiya olunmuşduq. Ona görə də layiqli qələbə qazandıq.
- "Neftçi"nin əksər oyunlarında qapılara penalti təyin edilir. Dünənki oyunda da 3 qolun ikisi penaltidən vuruldu...
- Komanda açıq oyun nümayiş etdirəndə istər-istəməz öz qapında da təhlükəli vəziyyətlər yaranır. "Qarabağ"la oyunda da açıq futbolun nəticəsi idi ki, qapımıza penalti təyin edildi. Belə oyunlarda qapılar qarşısında gərginlik çox olur ki, bu da penaltiyə gətirib çıxarır. Bu, futbolun gözəlliyidir.
- Hakimin penalti qərarları haqda nə deyə bilərsən?
- Bizim qapımıza təyin edilən penalti bir qədər maraqlı oldu. Çünki görüşün baş hakimi Əliyar Ağayev penalti təyin etmək istəmirdi. Sonradan digər hakimin fikri ilə qərar qəbul olundu. Halbuki baş hakim epizoda daha yaxın idi. Ancaq mən heç nə deyə bilmərəm. Çünki epizodları dəqiq görməmişəm.
- Oyunun gərginliyi futbolçulara da təsir etmişdi. Mahir Şükürovla Amit Quluzadə arasında mübahisə baş verdi. Bu haqda nə deyə bilərsən?
- Belə gərginliyin olması təbiidir. Çünki biz qol vurmağa tələsirdik. Rəqib isə 10 nəfərlə qaldığı üçün oyunu yubadırdı. Ona görə də "Qəbələ" futbolçuları gah topu götürüb qaytarmırdılar, gah da qırağa vururdular. Hər bir cərimə zərbəsində Amit topu götürüb özü ilə aparırdı. Buna görə Mahir ona hirsləndi. Əslində belə şeylərə hakim göz yummamalıdır. Bir dəfə futbolçuya sarı vərəqə versə, ikinci dəfə topu özü ilə aparmaz. Bu qədər də vaxtı uzatmaq olmaz axı. Bu da hakimin zəifliyidir.
- Həmin epizoda görə Mahiri Şükürovu da qınayanlar var. Ümumiyyətlə, oyunların əksəriyyətində komanda yoldaşın Mahir Şükürov qalmaqalların mərkəzində olur...
- Ola bilər ki, Mahiri qınasınlar. Ancaq Mahiri dünənki oyunda başa düşmək olardı. Qol vurmağa tələsdiyimiz anda rəqib topu bizə vermək istəmirsə, təbii ki, bizdə əsəb gərginliyi olmalıdır. Yəni gərginliyin yaradan "Qəbələ" futbolçuları idi.
- Artıq üçüncü mövsümdür ki, çempionluq uğrunda əsas mübarizə "Qarabağ"la "Neftçi" arasında gedir. Mövsümün axırına qədər komandalar müxtəlif vaxtlarda bir-birini qabaqlayır. Cari mövsümdə bu mübarizəni necə görürsən?
- Doğrudan da komandalar çempionluq uğrunda axıra qədər vuruşacaqlar. Hər iki komanda çempionluğa köklənib. Bilirik ki, "Qarabağ"da həm futbolçular, həm də rəhbərlik bu il çempionluğu daha çox arzulayır. "Neftçi"nin də məqsədi ardıcıl dördüncü çempionluqdur. Üç ildir ki, çempion oluruq. Tarixə yeni imza atmaq istəyirik. Çempionluq mübarizəsində "Qəbələ"ni də yaddan çıxarmamalıyıq. Yəni mübarizə tək "Neftçi" və "Qarabağ" arasında getməyəcək. "İnter"lə "Bakı" da bizə yaxınlaşır. Məncə, çempionluq uğrunda mübarizə bu beş komanda arasında olacaq.
- Belə bir mübarizənin getdiyi dövrdə "Neftçi"də hücumçu problemi yaranıb...
- Hazırda bizə lazımdır ki, fasiləyə qədər liderliyimizi qoruyaq. Qış fasiləsində yəqin ki, boşluqlar olan mövqeləri gücləndirəcəyik. Düzdü, 2-3 tur əvvəl oyunlarımız yaxşı alınmırdı. Oyun baxımından çətinlik çəkirdik. Hətta bizi tənqid edənlər var idi ki, guya oynamırıq. Ancaq reallıq odur ki, hazırda liderik. Deməli, "Neftçi" düz yoldadır. Hər bir komandanın zəif oyunları olur. Əsas odur ki, vəziyyətdən tez çıxasan. Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra komandamız çətin duruma düşmüşdü. Hamı fikirləşirdi ki, "Neftçi" bu durumdan çıxa bilməyəcək. Ancaq indi birinci pillədəyik. Yəqin ki, rəhbərlik komandanın axsayan yerlərini görür və təlim-məşq toplanışında lazım olan futbolçular komandaya cəlb olunacaq.
- "Neftçi"nin oyun qurucularından birisən. Razısan ki, Kanalesin yoxluğunda qol vurmaq üçün ötürmə verməyə hücumçu tapmaq çətinləşib?
- Təbii ki, Kanalesin yoxluğu çox hiss olunur. Onun kimi hücumçu hər bir kluba lazımdır. Sadəcə hər bir futbolçu ilə axıra qədər yolları davam etdirmək olmur. Azərbaycan çempionatında Kanales kimi qol duyumu olan hücumçu görməmişəm. İndi bizdə olan hücumçular Bahadır Nasimov və Melvin Platyedir. Onlar Kanalesdən daha çox qaçırlar, ancaq qol duyumları nisbətən zəifdir.
- Artıq 2013-cü ilin sonudur. Səncə, bu il Azərbaycanda ilin ən yaxşı futbolçusu adına kim daha çox layiqdir?
- Mənə elə gəlir ki, Rəşad Sadıqov, Kamran Ağayev və Mahir Şükürov bu yer uğrunda mübarizə aparır. Rauf Əliyev də onlara qaşula bilər. Çünki Rauf da milli komandamız üçün bu il çox şeylər etdi, yaxşı qollar vurdu. Ona görə də düşünürəm ki, bu dörd futbolçudan biri seçiləcək.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi