AZAL klubunun baş məqşçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın son turunda "Rəvan" üzərində vacib qələbə qazandınız. Bu görüş haqda fikirlərinizi bilmək istərdik.
- Qələbə bizə çox vacib idi. Qalib gəlməyə borclu idik. Çünki ardıcıl 10 oyun idi ki, qələbə qazana bilmirdik. Komandamız çox istəkli idi, sona qədər mübarizə apardıq. Bunun nəticəsi idi ki, 90-cı dəqiqəyə qədər uduzsaq da, dörd dəqiqə ərzində iki qol vuraraq qalib gəldik. Bu qələbə komandada psixoloji durumu da qaydasına salacaq.
- Qeyd etdiyiniz kimi komandanıza qələbə gətirən qollar 90-cı dəqiqədən sonra vuruldu. Bunu sırf əzmkarlığın nəticəsi hesab edirsiniz? Yəni bəxt amili nə dərəcədə rol oynadı?
- Əlbəttə, qələbə əzmkar oyun nəticəsində qazanılır. Bizim üstün cəhətimiz də budur. Bu gün səviyyə baxımından kiməsə uduza bilərik, ancaq komanda oyunu, istək və əzmkarlığımızla seçilirik.
- "Simurq"la oyunqabağı komandanın durumu necədir?
- Ənənəvi problemlər davam edir. Bunları mətbuata danışmaqdan artıq yorulmuşam. Hər oyunda ən azı 3-4 futbolçunun xidmətindən məhrum oluruq. "Simurq"la oyunda isə İqbekoyi, Baqdanoviç, Fomenko kimi aparıcı üzvlərimiz iştirak edə bilməyəcək. Bütün bunlara baxmayaraq, biz ancaq qələbəyə köklənmişik. Zaqatalaya qələbə üçün yola düşmüşük.
- "Simurq"a öz meydanında qol vurmaq çətin olur...
- Hücumçumuz yoxdursa, əlbəttə, çətin olacaq. Demək olar ki, bütün oyunlara hücumçusuz çıxırıq. Çempionat başlayandan güvəndiyimiz hücumçular bizə kömək edə bilmədilər.
- Artıq qış fasiləsinə az qalıb. AZAL-ın qış hazırlıq planı bəllidir?
- Planımız bəllidir. Yanvarın 4-də komandamız bir araya gələcək, tibbi müayinədən keçib yanvarın 5-dən işə başlayacağıq. Planlaşdırırıq ki, ən vacib mərhələni ölkə xaricində keçirək. Bütün komandalar kimi biz də Türkiyəyə üz tutmaq istəyirik. Mən hazırlıq planını hazırlamışam, təsdiq olunması isə klub rəhbərliyindən asılıdır.
- Qış fasiləsində komandadan göndəriləcək futbolçular olacaq?
- Fasiləyə qədər iki oyunumuz var. Bundan sonra biz mütləq geridə qalan oyunları təhlil edəcəyik. Yəqin ki, bəzi futbolçularla yolumuzu ayıracağıq.
- Baxışa çağırmaq istədiyiniz futbolçular var?
- Transfer siyahımızda yer alan futbolçular var. Bunlar yerli və əcnəbi futbolçulardır. Ancaq onları hara dəvət edəcəyimizi bilmirik. Hazırlıq planı təsdiq olandan sonra bu məsələrə də aydınlıq gələcək.
- Sonda başa çatmaqda olan ili futbolumuz üçün dəyərləndirməyinizi istərdik.
- Səmimi olaraq demək istəyirəm ki, bu il Azərbaycan futbolu üçün heç də pis keçmədi. Həm milli komandamız, həm də Avroliqada çıxış edən klublarımız özlərini ən yaxşı tərəfdən göstərdilər. "Qarabağ"ın çıxışlarını xüsusi qeyd etmək olar. AZAL-a gəldikdə isə onu deyə bilərəm ki, getdikcə rəqabətin artdığı bir çempionatın şahidiyik. Rəqabət olan yerdə isə inkişaf mütləq olacaq. Səbirli olmalıyıq, zaman ehtiyac var. Mütləq tez bir zamanda Azərbaycan futbolu Avropada və dünyada sözünü deyəcək.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi