"Qarabağ" klubunun müdafiəçisi Qara Qarayevin Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqada ötən tur əzəli rəqibiniz "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldiniz. Oyun haqda nə deyə bilərsən?
- "Neftçi" ilə oyuna çox ciddi yanaşırdıq. Çünki liderliyimizi geri qaytarmalıydıq. Şükürlər olsun ki, istədiyimiz oyunu nümayiş etdirib qalib gəldik. Mənim üçün çox maraqlı oyun oldu.
- Daha böyük hesabla qalib gələ bilərdiniz...
- Bizim üçün əsas önəmli olan üç xaldır. Bir və ya üç qolla qalib gəlməyin heç bir fərqi yoxdur.
- Bir epizodda yüzfaizli qol imkanından istifadə edə bilmədin. Qol vurmağa nə mane oldu?
- Düzdü, çox yaxşı fürsət idi. Ancaq nədənsə, topu qapıya göndərə bilmədim. Buna təəssüflənmirəm. Çalışacağam ki, növbəti oyunlarda əlimə düşən qol imkanlarından maksimum istifadə edim.
- "Qarabağ" "Neftçi" və "Xəzər Lənkəran" kimi komandalara qarşı həmişə yaxşı oyun nümayiş etdirir. Ancaq "Simurq" və "Rəvan" kimi daha zəif komandalara qarşı xal itkiləri ilə üzləşir. Bu, nə ilə bağlıdır?
- "Simurq" və "Rəvan" kimi komandalarla oynamaq çox çətindir. Çünki bu rəqiblər müdafiədə otururlar, gözləyirlər ki, nə vaxt imkan olsa, onda əks-hücuma keçərlər. Ancaq "Neftçi" və "Xəzər Lənkəran" elə komanda deyil ki, əks-hücuma bel bağlasın. Onlar da hücumlara qoşulur. Ona görə də açıq futbol gedir. Belə olanda isə qol vurmaq bizim üçün çətin olmur. Yəni "Neftçi" və "Xəzər Lənkəran"la oyun "Simurq" və "Rəvan"la müqaisədə daha asandır.
- Bəs, "Bakı" ilə necə? Növbəti oyununuz bu komandaya qarşı olacaq.
- "Neftçi" ilə oyundan sonra bütün diqqətimizi "Bakı" ilə qarşılaşmaya yönəltmişik. Görüşə ciddi hazırlaşırıq. Çox çətin bir oyun olacaq. "Bakı" da çempionatın ən yaxşı komandalarından biridir. Ancaq qələbədən başqa heç bir nəticəni düşünmürük. İstəyirik ki, həm "Bakı", həm də "İnter"lə oyunda qalib gəlib fasiləyə qış çempionu kimi yollanaq.
- Qış çempionu olsanız, bu, yekun nəticəyə nə dərəcədə təsir edə bilər?
- Bu, heç bir əhəmiyyət kəsb etməyəcək. Ancaq fasilədən sonra sanki çempionat yenidən başlayacaq. Birinci yerdə qərarlaşsaq, hər halda çempionluğa daha yaxın olarıq.
- Komandanızın bir neçə aparıcı üzvü "Bakı" ilə oyuna çıxa bilməyəcək. Bu itkilər oyununuza necə təsir edə bilər?
- Rəşad Sadıqov, Reynaldo və Almeyda kimi futbolçuların olmaması bizim üçün ciddi itkidir. Ancaq hər halda onların yoxluğunu dolduracaq futbolçularımız var. Müdafiənin mərkəzində daha çox çətinlik yaşayacağıq. Bu mövqedə Bədavi Hüseynov yaxşı təsir bağışlayır. Digəri isə yəqin ki, Hacı Əhmədov olacaq. Ancaq hələ dəqiq bilinmir, məcburi dəyişikliklər ola bilər.
- Bu itkilərə rəğmən "Qaarabağ"ın ifasında hücum futbolu görə bilərik?
- Həmişəki kimi hücum futboluna üstünlük verəcəyik. İtkilərimiz olsa da, bu, bizdə ruh düşkünlüyü yaratmır. Yəni biz "Bakı"ya uduzmağa getməyəcəyik.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi