“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın 22-ci turunda dünən “İnter”lə qarşılaşdınız. Oyununuzdan razı qaldınız?
- Dünən liderlərdən birinə qarşı oynadıq. Baxmayaraq ki, “İnter”lə görüşdə üstün oyun nümayiş etdirmək çətindir, biz bunu bacardıq. Matça ciddi itkilərlə çıxsaq da, pis oynamadıq. Yaxşı qol epizodlarımız oldu. Ancaq yararlana bilmdik.
- Oyuna çıxanda düşünürdünüz ki, 0:0 hesabı da pis olmaz?
- Qətiyyən bunu fikirləşmirdik. Yaınız qələbə üçün meydana çıxmışdıq. Oyunumuz da bunu göstərdi. Ancaq futbolda elə şey yoxdu ki, nə istəyirsənsə, o da olsun. Bir xalla kifayətlənməli olduq. Buna da şükür. Əsas odur, uduzmadıq.
- Ancaq çempion olmaq istəyən komanda qələbə qazanmalıdır. Artıq lider “Neftçi” ilə aranızda beş xal fərqi var.
- Bunu gözəl başa düşürük. Qələbə üçün əlimizdən gələni etdik. “Neftçi” ilə qarşıda iki oyunumuz var. O oyunlarda qələbə qazanmalıyıq ki, aramızdakı xal fərqin aradan qaldıraq.
- Qarşıda “Qəbələ”ylə kubokun cavab oyunu var. Rəqibiniz dünən AZAL-a 1:6 hesabıyla məğlub oldu. Bu amil “Qəbələ”nin “Qarabağ”la oyununa necə təsir edə bilər?
- Oyunlarına pis edəcəyini düşünmürəm. Əksinə “Qəbələ” o matça çox önəm verməyərək, qüvvəsini bizimlə görüşə saxlayıb. Çünki “Qəbələ” çempionluqdan çox kuboka iddialıdır. Ona görə də bizimlə oyunda əsas güclərini göstərəcəklər. Buna görə yaxşı dincəlib bu oyuna hazırlaşmalıyıq. Vaxtımız az olsa da, görüşə ciddi hazırlaşacağıq.
- Riçard Almeydanın zədəsi sağalır? “Qəbələ”ylə oyunda meydana çıxa biləcək?
- Özündən soruşdum. Deyir hələ ağrıları var. Almeydanın yoxluğu çox hiss olunur. Yəqin ki, “Qəbələ”ylə oyuna qədər zədəsini tam sağaldar.
Ramiq AĞAMƏMMƏDOV
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı
DÇ-2026 oyununa gedən azarkeşləri atəşə tutdular
"Zirə"nin yay hazırlıq planı bilindi
"Sabah" futbolçusunu potensial rəqibinə icarəyə verdi
AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
"Qarabağ" bu komanda ilə qarşılaşacaq
"Şəfa"da daha iki ayrılıq
Bellinqemdən Avropa rekordu
"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmən açıqlandı
"Araz-Naxçıvan"da yeni müqavilə
"Real" bu transferi də açıqladı