Elvin Məmmədov: "Əsas hədəfimiz Avropada çıxış etməkdir"

Elvin Məmmədov: "Əsas hədəfimiz Avropada çıxış etməkdir"
MÜSAHİBƏ 4 Mart 2013 / 00:30 2854
-  A +

“Bakı” klubunun kapitanı Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi

-Topaz Premyer Liqanın təsnifat mərhələsinin son turunda “Rəvan”a qalib gələrək ilk “altılıq”da yerinizi təmin etdiniz. Bu oyunla bağlı ümumi fikirlərini bilmək istərdik.

- Çox çətin matç oldu. Bizim üçün həyəcanlı  oyun idi. Çünki  bu matçda qələbə qazanmasaq ilk “altılığ”a düşməyə bilərdik. Komandamız  çox yaxşı oynadı. Əzmkarlıq öz sözünü dedi.  Qalib gəlməkdən başqa yolumuz yox idi. Rəqiblərimiz AZAL və “Xəzər Lənkəran” hər an hər şeyi dəyişə bilərdi.  Əsas odur ki, qələbə qazandıq. Komandamı təbrik edirəm.

- Komandanızın yeni transferləri haqqında bir kapitan kimi nə deyə bilərsən?

- Qış fasiləsində  çox yaxşı transferlər etdik. Demək olar ki, hamısı bir-birindən yaxşı futbolçulardır. Bir qədər adaptasiya dövrü keçdikdən sonra daha yaxşı olacaq. Marius Penanı xüsusi qeyd etməliyəm. Bu futbolçu bir sıra klublarda oynayıb. Təcrübəli bir futbolçudur. Komandamızda çıxdığı ilk oyundan komandaya çox fayda verir. Artıq bir neçə qol vurub. Penadan fərqli olaraq Rauf Əliyev hələ gəncdir.  Onda hələki adaptasiya problemi var. Cavid Hüseynov keçən oyunda yaxşı çıxış etdi. Aqil Nəbiyev təcrübəsilə komandaya çox kömək olur. İki oyunda vacib qol vurdu. Aqil universal oyunçudur. Baş məşqçi harda desə orda oynaya bilir.

- Yeri gəlmişkən Aqil Nəbiyev  oyunda zədələndi. Zədəsi ciddidir? Gələn oyunda oynaya biləcək?

- Hələlik bilinmir. Sabah dəqiq bilinəcək.

- Öz oyununla bağlı nə deyə bilərsən? Çox çalışdığını görürük. Ancaq hələki “Qarabağ”dakı oyununu nümayiş etdirmirsən.

- Mən həmişə belə tənqidləri müsbət qəbul etmişəm. Sizinlə də razıyam. Amma nəzərə almaq lazımdır ki, komandalar  arasında çox fərq var. Elə şeylər var ki, məndən asılı deyil. “Qarabağ” və “Bakı” fərqli oyun qurluşu var. “Qarabağ” artıq neçə ildir eyni oyunçularla, eyni  sistemlə oynayır. Rəşad Sadiqovu da “Neftçi”yə keçəndə hamı tənqid edirdi. İndi-indi oyunun düzədir.  Hər bir oyunçu “Qarabağ”da özünü yaxşı tərəfdən göstərə bilər. Ancaq “Qarabağ”dan gedən futbolçular çətinlik çəkirlər. Bunun da səbəbi yuxarıda söylədiklərimdir.

- “Bakı”nın turnir cədvəlində altıncı yerdə olması  yəqin sizi qane etmir.

- Əlbəttəki yox. Kluba bu qədər pul xərclənir. Yaxşı trnasferlər edilir. Bu gün biz daha yüksək pillələrdə olmalıyıq. İlk dövrədə bir sıra oyunlarda çox vacib xallar itirdik. Ona görə biz çətinliklə ilk “altılığ”a düşə bildik.

- Bundan sonra əsas hədəfiniz nədir?

- Əsas hədəfimiz Avropada çıxış etməkdir. Niyə də olmasın? Komandamız bunu etməyə qadirdir. Bunun kubokda, yoxsa çempionatda  olmasını zaman göstərəcək. Ən qısa və asan variant kubokdur. Reallığa da bu yaxındır. Ancaq futbolda hər şey ola bilər. Çempionat oyunlarında da maksimum nəticə qazanmağa çalışacağıq.

- Qarşıdan “İnter”lə kubok oyunu gəlir. Bu oyunda şanslarınızı necə görürsən?

- İndidən bilirik ki, çox çətin oyun olacaq. Onların baş məşqçiləri çox yaxşı sistem qurub. Güclü müdafiə olunurlar. Gördüyünüz kimi  “Qarabağ” kimi komanda “İnter”ə qol vura bilmədi. Öz meydanımızda hesab 1:1 olduğu üçün mütləq bu oyunda qol vurmalıyıq. Bu baxımda işimiz çətin olacaq. Ancaq qeyd etdiyim kimi bizim əsas məqsədimiz kuboku qazanmaqdır. Ona görə də çalışacağıq ki, sərfəli nəticə qazanaq.

Ramiq AĞAMƏMMƏDOV 

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki