“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyğun Nadirovun Qol.Az saytına müsahibəsi
- Baş məşqçiniz Karles Bakesin gedişindən sonra komandada ab-hava necədir?
- “Rəvan”la oyunda komandamız 2:1 hesabıyla qalib gəldi. Bu da onu göstərir ki, futbolçular özünəinamı bərpa ediblər. Yeni baş məşqçi gələnə kimi komandamızı oyuna kökləmək Emin Quliyevin üzərinə düşür. O da əlindən gələni edir ki, ən azından rəhbərliyi altında komandamız məğlub olmasın.
- Yeri gəlmişkən Emin Quliyev artıq neçə ildir ki, klubdadır. Komandanın oyununa yaxşı bələddir. Onun baş məşqçi olması mümkündür?
- Emin Quliyevin komandamızın uğurlarında həm futbolçu, həm də məşqçi kimi böyük əməyi olub. Ancaq bilirsiniz ki, onun məşqçilik karyerası heç bir il deyil. İndi olmasa da, gələcəkdə bu məsələyə baxa bilərik. Gələn il klubumuzun on illiyidir. Bu gündən artıq onu düşünürük ki, yubileyimizə qədər komandanı yüksək səviyyəyə qaldıraq. Bunun üçün bizə yüksək qabliyyətli, təcrübəli baş məşqçi lazımdır. Təkcə yaxşı baş məşqçi yox, ən azı çempionluq yaşamış, nailiyyətləri olan bir mütəxəssis gətirmək fikrimiz var.
- Yeni baş məşqçinin gəlişi nə vaxta nəzərdə tutulub?
- Milli komandamızın oyunları vaxtı çempionatda yaranan fasilədə yeni baş məşqçini gətirmək istəyirik.
- Yerli, yoxsa əcnəbi baş məşqçi gətirməyi düşünürsünüz?
- Bu, klubun prezidenti səviyyəsində həll olunan məsələdir. Konkret fikir yoxdur ki, ya ancaq yerli, ya da ancaq əcnəbi olmalıdır. Lakin 80-90 faiz əcnəbi olacağı gözlənilir. Hazırda yalnız əcnəbi məşqçilərlə danışıqlar gedir.
- Bilmək olar, bu hansı ölkələrin nümayəndələridir?
- Hələlik danışıqlar gedir. İşlər tamamlanmayana qədər bu haqda açıqlama vermək istəmirik.
- Yeni baş məşqçinin qarşısına əsas məqsəd kimi nə qoyulacaq?
- İlk növbədə Azərbaycan kubokunu qazanmaq. Ümid edirik ilk “altılığ”a düşəcəyik. Belə olan halda ilk “altılıq” oyunlarında uğurlu çıxış etmək də komandamızın əsas məqsədidir.
- Son vaxtlar belə bir xəbər yayılıb ki, “Xəzər Lənkəran” ilk “altılığ”a düşmək məqsədilə “Bakı”ya qalib gəlməsi üçün “Rəvan”ı stimullaşdıracaq. Bu xəbərə münasibətiniz necədir?
-“Rəvan” Azərbaycanın yaxşı maliyyələşən klubudur. Bu komandanın əlavə stimula ehtiyacı yoxdur. “Rəvan” bu il çempionatda çıxışı ilə göstərib ki, istənilən komandadan xal almağı bacarır. “Xəzər Lənkəran” kimi bu komanda da dəfələrlə hakim qərəziylə üzləşib. Biz ilk növbədə öz oyunumuzla ilk “altılığ”a düşmək istəyirik. Desək ki, biz “Bakı”nın qələbəsin istəyirik, bu, qeyri-səmimi olar. Təbii ki, “Rəvan”ın qalib gəlməyin istəyirik. Ancaq bu o demək deyil ki, biz kimisə stimullaşdırmışıq. Bu xəbərlər yalandır. Yenə deyirəm, “Rəvan”ın maliiyyə potensialı kifayət qədərdir. Onların heç nəyə ehtiyacı yoxdur.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi