AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- Martın 3-də Premyer Liqada təsnifat mərhələsinin son turudur. Komandanızın ilk “altılığ”a düşməsi üçün “Xəzər Lənkəran” və “Bakı”nın xal itirməsi vacibdir. Bu oyunlarda hansısa sensassiya gözləyirsiniz?
- Sensasiya niyə olmalıdır ki? Sensasiya ona deyirlər ki, AZAL 6-cı turda birinci yerdəydi, indi isə “altılığ”a düşməkdən danışır. Futbolda hər bir nəticə olur. Çoxları deyir ki, şans bizim əlimizdə deyil. Ancaq mən hesab edirəm ki, ilk növbədə hər şey elə bizdən asılıdır. “Qəbələ”ni məğlub etməliyik ki, şansımız qalsın. Təbii ki, “Bakı” və “Xəzər Lənkəran”ın oyunundan sonra da ilk “altılıq” bəlli olacaq. Ən vacibi odur ki, “altılığ”a ədalətli oyun oynayan komanda düşsün.
- Nəticələri bir kənara qoyaq. Ümumiyyətlə, bu mövsüm istədiyiniz komandanı formalaşdıra bildiniz? Nəzərə alaq ki, AZAL-da əsas işinizə bu mövsüm başlamısınız.
- Siz hazırda digər klublarla sorğu aparsanız, onlar bizi güclü rəqib kimi qəbul etdiklərini deyəcəklər. AZAL öz dəsti-xətti olan komandadır. Altı ay ərzində istədiyin komandanı formalaşdırmaq çox çətindir. Amma ən vacib odur ki, klub rəhbərliyindən mənə və futbolçulara dəstək, inam böyükdür. Bunların olandan sonra biz tezliklə güclü AZAL komandasını yaradacağıq.
- Premyer Liqada güclü rəqabət var. Bu mənada, AZAL ilk “altılığa”a düşməsə, bunu komanda üçün uğursuz hesab etmək olar?
- Bəli. Çünki mən məqsəd qoymuşdum ki, AZAL mütləq altılığa düşməlidir. Ona görə bu baş verməsə, bunu uğursuzluq kimi qəbul edəcəyik. Biz bu gün bir addım geri atırıqsa, onun əvəzində gələcəkdə iki addım qabağa atmalı olacağıq.
- Hazırda mediada çox tənqid olunursunuz. Buna münasibətiniz necədir?
- AZAL-ı təkləyiblər, zəif görüblər. Ona görə deyirəm, bilsinlər ki, AZAL-ın güclü kollektivi, rəhbəri və güclü məşqçisi var. Ən vacibi də odur ki, bizim heç kimə ehtiyacımız yoxdur. Ona görə nə edirlər, özləri bilərlər.
- Aqil Nəbiyev AZAL-dan “Bakı”ya keçdikdən sonra bir neçə matçda əsas heyətdə yer alıb və hətta qol da vurub. Son açıqlamalar birində o bildirib ki, sizinlə problemləri olduğu üçün AZAL-dan ayrılıb.
- Mənim heç kimlə problemim yoxdur. Aqil Nəbiyev bundan da sonra da klublara qol vurmağa davam eləsin. Buna yalnız sevinərəm.
Aysel BƏXTİYARLI
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi