“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Nigeriyalı hücumçu Emeko Oparanın komandanıza cəlb olunması hansı zərurətdən yarandı?
- Düzünü deyim ki, onun oyununu çoxdan izləmirdik. İzləməyə də ehtiyac yox idi. Çünki hamımızın tanıdığı bir oyunçudur. Azərbaycan çempionatında iştirak edib. Bir ay əvvəl bizə təklif olundu. Biz də bu işlə məşğul olmağa başladıq və transfer alındı.
Onun hücum xəttimizə kömək edəcəyinə inanırıq. Əsas odur ki, zədə almasın. Potensialını bilirik. Çempionatdakı rəqiblərimizi tanıyan bir oyunçudur. Məncə, komandaya fayda verə biləcək.
- Hücumçulardan söz düşmüşkən... Hazırda Premyer Liqamızın bombardilər siyahısındakı futbolçular arasında bir nəfər də olsun azərbaycanlı yoxdur. Keçmiş hücumçu və bir mütəxəssis kimi necə düçünürsünüz, Azərbaycanda ciddi hücumçu problemi varmı?
- Hazırda dediyiniz problem var. Getdikcə də dərinləşməkdədir. Azərbaycan futbolunda hücumçu yetişdirmək barədə hamımız düşünməliyik İndi Rauf Əliyev, Vüqar Nadirov Vaqif Cavadov kimi hücumçularımız var, onlardan maksimum istifadə etməyə çalışırıq. Amma mütləq onların oyun üslubunu dəyişməliiyk. Alınmırsa yeni hücumçular hazırlamalıyıq.
-Azərbaycan kubokunun 1/4 finalında “Qəbələ”ylə qarşılaşdınız. Bu oyun haqda ümumi fikirlərinizi bildirərdiniz.
- Çox yaxşı oyun oldu. Çünki hər iki komanda istəyirdi ki, ilk görüşdə yaxşı nəticə qazansın. İlk dəqiqədən sürətli oyun başladı. Hətta hardasa açıq oyun da getdi. Müdafiədə hər iki komanda diqqətli oynadı. Sadəcə hər iki komanda bir dəfə səhvə yol verərək qol buraxdı. “Qəbələ” güclüdür. Oyunçuları hər biri ayrı-ayrılıqda potensiallı futbolçulardır. Bizim komanda da yaxşı təsir bağışladı. Baxmayaraq ki, oyun 1:1 hesabıyla başa çatdı, hardasa üstünlük bizim tərəfimizdə idi. “Qəbələ” elə komandadır ki, cavab oyununda bizə çətin anlar yaşada bilər.
- Ansi Aqolli həmişə hücumlara tez-tez qoşulsa da, “Qəbələ”ylə oyunda hücumlarda az iştirak etdi. Bu, komandanızın müdafiəyə meyilli oynamasından xəbər vermirdimi?
- Bunu mətbuat konfransında Ramiz Məmmədov da bildirmişdi. Amma biz maksimum çalışırdıq ki, Ansi hücumlara qoşulsun. İlk dəqiqələrdən müdafiəyə oturmadıq. Hücumlar edirdik.
-Müdafiə olmasa da, yəqin ehtiyatlı oyuna üstünlük vermisiniz.
- Əlbəttə. Qəbələ”yə qarşı oyunda ehtiyat mütləq olmalıdır. Ancaq Vüqarı, Vaqifi və Əfranı start heyətdə meydana buraxmağımız onu göstərir ki, əsas məqsədimiz qol vurmaq idi. Yəni Ansiyə elə bir tapşırıq verməmişdim ki, tam müdafiədə otursun.
- Oyunda fərqli bir heyət meydana buraxmışdınız. Bu heyət ümidləri doğrultdu?
-Nəticəyə baxsaq demək olar ki, doğrultdu. Əlbəttə ki, biz hər oyunda hansısa dəyişiklik etməliyik. Riçard Almeyda zədəli olduğu üçün meydana çıxmamışdı. Digər oyunçular da pis təsir bağışlamadı.
- Bəs Hacı Əhmədov öz mövqeyində necə təsir bağışladı?
- Bir az mövqe səhvləri olurdu. Bu da təbiidir. Çünki oyunçu stabil oynamayanda hansısa səhvlərə yol verir. Amma ümumən götürsək, çox hərəkətli oldu. Rəqibi daim pressinqdə saxladı.
- Yarımmüdafiəçiniz Riçard Almeyda hücumçularınızdan çox qol vurub. Son vaxtlar “Qarabağ”ın müdafiəçiləri də qol vurmağa başlayıb. Bu, sizin tapşırığınızdır, yoxsa müdafiəçilər hücumçuların qol vurmadığını görüb hücuma qoşulur?
- Hər bir oyunçu cərimə meydançasına qol vurmağa gedir. Oyunçu ora say artırmağa getməməlidir. Çalışıb maksimum yaranmış vəziyyətdən istifadə etməlidir. Bu da son vaxtlar müdafiəçilərimizdə alınır. Admir Telinin hər il bir neçə qolu olur. Dünya futbolunda da belədir. Əsas cinah müdafiəçiləri bəzi komandalarda hücumçulardan çox qol vururlar və qol ötürmələri verirlər. İndiki futbol bunu tələb edir. Riçarda gəldikdə vuduğu qollarla o, bir daha onun ideal formada olduğunu göstərir. Müdafiəçilər adətən hücumçuları tuturlar. Riçardın ustalığı buna imkan verir ki, belə epizodlardan yararlansın.
- “Qəbələ” ilə oyunda əsas qapıçı kimi meydana Fərhad Vəliyevi yox, Miro Varvodiçi buraxdınız. Bunun səbəbi nə idi?
- Elə ciddi səbəb yoxdur. Qapıçını rəqibə görə təyin edirik. Belə dəyişiklər bizdə olur və olacaq. Hər ikisi bərabər səviyyəli qapıçılardır.
- Belə qərar verməyinizdə Fərhadın “Rəvan”la oyundakı səhvləri nə dərəcədə rol oynadı?
- Bunun cüzi də olsa təsiri vardı. Amma əsas rəqibə görə Varvodiçdən istifadə etmək qərarına gəldik. Yəni taktiki bir dəyişiklik oldu.
- Mətbuat konfransında Ramiz Məmmədov əminliklə bildirib ki, növbəti mərhələyə məhz onlar çıxacaq. Bu fikrə münasibətiniz?
- Münasibətim normaldır. Ramiz müəllim öz fikrini deyib. Çalışacağıq ki, cavab matçında yenə düzgün taktika quraq. Kubok elə bir turnirdir ki, əvvəlcədən heç nə demək olmaz.
- Tural İsgəndərov əvəzedicilərin yarışında15 qol vuraraq bombardirlər sırasındadır. Onun Premyer Liqanın oyunların sınamaq fikriniz var?
- Sınamaq olar. Amma hazırda elə oyunlar gedir ki, riskə getmək istəmirik. Tural cavandır. Çempionatda mübarizə gündən-günə daha da çoxalır. Belə bir vaxtda onu meydana buraxmağa ehtiyat edirik. Ancaq qarşıdakı oyunlarda ona da şans verəcəyik.
- Premyer Liqanın 22-ci turunda “İnter”lə çətin oyun gözlənilir. Bu oyun haqda nə deyə bilərsiniz?
- Bəli. Çox çətin oyun olacaq. Komanmızda problemlər də var. Riçard Almeydanın zədəsi tam sağalmayıb. Ansi Aqolli sarı vərəqə limitinə görə oyunu buraxır. Subaşiç də zədəlidir. “İnter” öz oyun üslubuna malik olan bir komandadır. Bizə də mütləq yaxşı nəticə lazımdır. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. Ən azından meydanda axıra qədər mübarizə aparacağıq.
- Oparanın oynaması gözlənilir?
- Yox. Onun bir neçə oyun oynatmaq riskli olar. Bu gündən məşqlərə başlayacaq. Komandaya uyğunlaşması üçün bir az vaxt lazımdır.
- Bəs, hüquqi baxımdan oynaya bilər?
- Bəli.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi