Azərbaycan milli komandasının və Rusiyanın “Rubin” klunun futbolçusu Ruslan Abışovun Qol.Az saytına müsahibəsi
- Dünən “Rubin”lə müqavilə imzaladın. Halbuki çoxdan idi bu komandanın düşərgəsindəydin. Transfer niyə bu qədər gec rəsmiləşdi?
- Əvvəlcə mən burnumdan əməliyyat oldum. Sonra da “Rubin”in təlim-məşq toplanışları başladı. Komanda çoxdan idi Kazanda deyildi. Ona görə belə alındı. Başqa səbəb, problem yox idi.
-Müqavilə ilə “Xəzər Lənkəran”a məxsus olsan da, azad agent statusu ilə “Rubin”ə transfer olundun. Bunun səbəbi nədir?
- Mənim bundan xəbərim yoxdur. Bu, hər iki klub arasında razılaşdırılmış məsələdir.
-Yeni komandanda sənin mövqeyində güclü müdafiəçilər var. Razısan ki, onlarla rəqabət sənə asan olmayacaq?
- Özümə güvənirəm. Məşqlərdə iştirak edəcəyəm. Mənə verilən şansdan maksimum yararlanmağa çalışacağam. İnanıram ki, tez bir zamanda komandanın aparıcı futbolçusuna çevriləcəm.
- Bəzi mütəxəssislər bildirirlər ki, ilk vaxtlarda sənin “Rubin”in start heyətinə düşmək şansın yoxdur.
-Hamının fikrinə hörmətlə yanaşıram. Bu, normaldır. Komandaya təzə qoşulmuşam. Bəli, start heyətdə meydana çıxmaq üçün mənə bir az zaman lazımdır. Düşünürəm ki, vaxtı gələnndə hər şey qaydasına düşəcək.
- Qarşıdan Avroliqanın oyunları gəlir. Bu oyunlarda adın sifariş ərizəsində var?
- Yox. Komandaya gec qoşulduğum üçün adım iştirak ərizəsinə salınmayıb.
- “Zenit”lə Premyer Liqanın yaz hissəsindəki ilk oyunda iştirakın nə dərəcədə realdır?
- Əlbəttə, istərdim bu oyunda meydana çıxım. Ancaq hələ tam hazır olub-olmamağımı bilmirəm. Bu, baş məşqçinin qərarından asılıdır.
- “Rubin”də neçə nömrəli forma altında oynayacaqsan?
- 87.
Ramiq AĞAMƏMMƏDOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu