Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun bir vaxtlar çalışdırdığı “Xəzər Lənkəran” klubundakı növbəti baş məşqçi dəyişikliyi ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
-“Xəzər Lənkəran” ın baş məşqçisi Karsles Bakesin istefa verməsinə münasibətinz necədir?
- Heç bir klubun daxili işinə qarışmaq istəmirəm. Onu deyə bilərəm ki, baş məşqçini komandaya dəvət edəndə əvvəlcə onu hərtərəfli yoxlamaq lazımdır. İnsanlığını, ailəsini, necə komanda qura bilməsi yoxlanılmalıdır. Yoxsa bizimkilər fikirləşir ki, məşqçi ispanıyalıdır deyə, hər şeyi düzəldəcək. Bu sonda yaxşı nəticə vermir, axırı belə şeylərə gətirib çıxarır.
-“Xəzər Lənkəran”ın tez-tez baş məşqçi dəyişməsini necə qiymətləndirirsiniz?
-Komandanın tez-tez məşqçi dəyişməsi çox pis haldır. Təəssüf ki, belə hallar bizdə çox olur. Məşqçiyə müqavilə ilə vaxt vermək lazımdır. Məşqçi ən azı iki il işləməlidir ki, öz oyun üslubunu komandaya tədbiq edə bilsin. Hər bir baş məşqçinin öz oyun taktikası var. İstefaya gedəndə də bunu əsas gətirirlər ki, komanda mənim oyun sistemimə uyğunlaşmadı. Bu söz-söhbətlərin olmaması üçün baş məşqçiyə vaxt verilməlidir. Bizdə isə altı aydan bir baş məşqçi dəyişirlər.
-Komanda son vaxtlar zəif təsir bağışlayır. Sizcə klubda nə çatışmır?
-Futbolda belə bir qayda var ki, futbolçular hansı taktika ilə oynaya bilirsə, onları elə oynatmaq lazımdır. Məşqçi onu da nəzərə almalıdır ki, işlədiyi ölkədə istədiyi futbolu oynada bilər, ya yox. Əgər bu oyunçular mən deyən taktika ilə oynaya bilmirlərsə, nə tələb edə bilərəm? Gərək mən taktikamı dəyişəm. Artıq bu da gecdir. Çempionatın çoxu arxada qalıb.
- “Xəzər Lənkəran”a qayıtmağınız gözləniləndirmi?
- Mən bu haqda düşünmürəm. Onu deyim ki, bütün klublarda vicdanla işləmişəm. Azərbaycanda məşqçi korpusuna çox laqeyd yanaşırlar. Biz qıraqda qalmışıq. Mənim kimi başqa məşqçilər də var ki, bu gün onların potensialından istifadə etmək lazımdır. İnkişaf da burdan başlayır.
- “Xəzər Lənkəran”da işləmək istərdiniz?
-Sağlıq olsun. Baxarıq.
Ramiq AĞAMƏMMƏDOV
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı
DÇ-2026 oyununa gedən azarkeşləri atəşə tutdular
"Zirə"nin yay hazırlıq planı bilindi
"Sabah" futbolçusunu potensial rəqibinə icarəyə verdi
AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
"Qarabağ" bu komanda ilə qarşılaşacaq
"Şəfa"da daha iki ayrılıq
Bellinqemdən Avropa rekordu
"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmən açıqlandı
"Araz-Naxçıvan"da yeni müqavilə
"Real" bu transferi də açıqladı
"Səbail" Adil Şükürovla yolları ayırdı
Xusanov operatarou zədələdi - Şəkil