“Qəbələ”nin yarımmüdafiəçisi Ceyhun Sultanovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın 21-ci turunda “Xəzər Lənkəran”la qarşılaşdınız və 2:0 hesabı ilə qalib gəldiniz. Əvvəlcə bu oyunla bağlı təəssüratlarını bilmək istərdik.
- “İnter”lə oyundan sonra bir həftə idi ki, bu oyuna köklənmişdik. İlk “altılıq”da möhkəmlənmək üçün mütləq qələbə qazanmalıydıq. Baş məşqçinin verdiyi tapşırıqları demək olar ki, yerinə yetirdik. Bizə lazım olan qələbəni də qazandıq.
- Keçmiş komandan “Xəzər Lənkəran” necə təsir bağışladı?
- Onu deyə bilərəm ki, bu, əvvəlki “Xəzər Lənkəran” deyil. Mən o komandada çıxış edəndə tamam başqa oyun stili var idi. Komanda hücumu ötürmələrlə qururdu. İndisə topu ancaq qabağa vururlar. Atletik futbol oynuyurlar.
- “Qəbələ”yə yeni transfer olmusan. Komandaya uyğunlaşa bilirsən?
- Əvvəllər hamı üçün çətin olur. Ancaq yavaş-yavaş hər şey qaydasına düşür. İnanıram ki, 1-2 aya komandaya tam uyğunlaşacağam.
- “Qəbələ”də sənin mövqeyində oynayan yaxşı futbolçular var. Onlarla rəqabət aparmaq çətin deyil?
- Komandada 25 futbolçu varsa, deməli, hamısı komandaya lazımdır. Qarşıdan çətin oyunlar gəlir. Bu oyunlarda yəqin ki, 25 nəfərin hamısından istifadə olunacaq. İndisə baş məşqçi kimi məsləhət bilir, o da oynayır.
-Ölkə kubokunun 1/4 finalında “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyun haqda nə düşünürsən?
- Kuboku da əldən vermək fikirimiz yoxdur. Çalışırıq ki, kubok oyunlarında nə qədər bacarırıqsa ,irəli gedək. Şansları bərabər görürəm. Çalışacağıq ki, heç olmasa, evdə qələbə qazanaq.
- “Qarabağ”ı necə qiymətləndirirsən?
- Onu deyə bilərəm ki, “Qarabağ” Azərbaycanda ən yaxşı oyun üslubuna malik olan komandadır. Bu komanda kollektiv şəkildə çox gözəl təsir bağışlayır.
Ramiq AĞAMƏMMƏDOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu