Premyer Liqanın arxada qalan bölümündə "Rəvan” futbol klubunun heyətində adından ən çox söz etdirən futbolçu Xuan Manuel Varea oldu. 26 yaşlı hücumçu cari mövsüm bütün çempionat oyunlarında meydana çıxan yeganə "Rəvan”lıdır.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Buenos Ayresdə doğulan forvard 18 oyuna 6 qol vurmaqla yadda qalıb. Hesabında 1 məhsuldar ötürmə də olan Xuan kubok matçında da fərqlənib. Varea çempionatın qış fasiləsindən ayılmaq üzrə olduğu məqamda klubun rəsmi saytına geniş və maraqlı müsahibə verib.
- Çempionatın qalan hissəsinə hazırlıq necə keçdi?
- Çox yaxşı hazırlıq keçdik. Yanvarın əvvəlindən komanda bir araya gəlib və ağır məşqlər keçmişik. Bunun bəhrəsini çempionatda görəcəyik. İndi bütün diqqətimiz qarşıdakı oyunlara yönəlib. "Turan”la ilk oyunumuzda mütləq qələbə əldə etməliyik ki, uğurlu seriyanın başlanğıcını qoyaq. Ardından "Kəpəz”lə matç barədə düşünərik (gülür)...
- Fasilədə 4 yoxlama oyunu keçirdiniz. Ümumi götürsək, komanda bu görüşlərdə necə təsir bağışladı?
- Əslində yoldaşlıq oyunlarının önəmi nəticə ilə ölçülmür. Biz bu matçlardan ritmə düşmək və yeni gələn futbolçularla meydanda tanış olmaq üçün istifadə etdik. Məşqçilər həm məşqlərdəki, həm də yoxlama görüşlərindəki işimizi daim diqqətdə saxlayıb. Cari vəziyyətdə hansı addım atacaqlarını dəqiq bilirlər. Uğurlu nəticələr qazanmaq üçün köklənmişik.
- Qış fasiləsi zamanı heyətdə bir sıra dəyişikliklər oldu. Səncə, bu, komandaya necə təsir göstərəcək?
- Bu barədə konkret söz demək düzgün olmazdı. Çünki heç kim vəziyyətin necə olacağını dəqiq söyləyə bilməz. İndi biz yalnız qələbələrə köklənməliyik. Bunun üçün daha diqqətli, daha əzmkar və daha inamlı oynamalıyıq.
- Komandanın fasiləyə qədərki çıxışı haqda nə deyə bilərsən?
- "Xəzər Lənkəran”la matça qədər işlər həqiqətən yaxşı gedirdi. Ancaq sonradan "Rəvan"a nəsə oldu, "qara zolağa” düşdük. İndi məhz bu uğursuz seriyanı qırmalıyıq. Üstəlik bəzi oyunlarda, məsələn, "Bakı”, "Turan” və "Sumqayıt”la matçlarda son dəqiqələrdə qol buraxıb vacib xallardan məhrum olduq. Ona görə də daha diqqətli oynamağın lazım gəldiyini dedim. Matçın sonuna kimi oyundan "qopmaq” olmaz.
- Cari mövsüm üçün əsas vəzifə nədir?
- Vahid komanda kimi mübarizə aparmaq, daha çox hücum futbolu oynamaq və daha yaxşı nəticələr qazanmaq. Təbii ki, uğurlu nəticələr komandada özünəinamı artıracaq. İndi ilk "6-lıq” barədə düşünmək bir az çətindir. Amma sona qədər mübarizə aparacağıq. Məqsədimiz növbəti mövsüm üçün daha güclü komandanın özülünü qoymaq, indidən gələcəyin komandasının yaradılmasına səy göstərməkdir.
- Çempionatdan fərqli olaraq, ölkə kubokunda real iddianız var...
- Kubokda 1/4 finala vəsiqə qazanmaq komanda üçün çox vacib idi. Növbəti rəqibimiz "Xəzər Lənkəran” olacaq. Çox çətin rəqibdir. Amma mövsümün əvvəlində onlarla başabaş oynaya bildiyimizi göstərmişik. Hiss edirəm ki, bu dəfə də yaxşı olacaq. Sadəcə, sakitliyimizi qorumalı, oyun planını sona qədər həyata keçirməli və əzmlə mübarizə aparmalıyıq.
- Maraqlıdı, "Rəvan”a gəlişin necə oldu?
- Agentim Azərbaycan Premyer Liqasında iştirak edən komandanın texniki cəhətdən güclü olan və yaxşı qol duyumuna malik hücumçu axtardığını mənə dedi. Yay ayları idi. Klub rəhbərliyi ilə danışıq apardıq və razılaşdıq. Bura gəldiyimə görə əsla peşman deyiləm.
- Argentina və Azərbaycan, bu iki ölkə arasında həm futbol, həm də digər məsələlərdə çox böyük fərqlər var. Seçimini necə izah edə bilərsən?
- Azərbaycan Premyer Liqasının böyük potensiala malik olduğunu düşünürəm. Son illərdəki inkişaf tempini saxlasalar, yaxın gələcəkdə Avropa üzrə məsələn, Ukrayna çempionatının səviyyəsinə yüksəlmək olar. Bunun üçün lazımi infrastruktur var. Sadəcə, çempionatın reklamını artırmaq lazımdır. Bu işdə keyfiyyətli cənubi amerikalı oyunçuların gətirilməsi də rol oynayacaq.
- Adətən cənubi amerikalı futbolçular Azərbaycana gec uyğunlaşır. Amma sən bu baxımdan çox əziyyət çəkmədin. Hətta yayda komandaya yeni cəlb olunmağına baxmayaraq ilk yoxlama görüşündə qol da vurdun. Belə tez alışmağını necə izah edə bilərsən?
- "Rəvan”a gəlməmişdən öncə 3 mövsüm Bosniya və Hersoqovinada oynamışdım. Bu üzdən Avropa futboluna yad deyildim. Üstəlik vətəndən kənarda oynayan argentinalı futbolçu üçün adaptasiya prosesini maksimum tez arxada qoymağın mühüm cəhət olduğunu da bilirdim. Xasiyyətcə güclü insanam, qarşıma məqsəd qoymuşamsa, heç kim məni dayandıra bilməz. Məqsədim isə böyük çempionatların birində də ulduz olmaqdır.
- Ümumiyyətlə, "Rəvan”dakı gələcəyini necə görürsən? Müqavilə ilə hələ 1,5 il kluba məxsussan...
- "Rəvan”dakı ilk "semester”i uğurla başa vurduğumu və məndən olan gözləntilərin artdığını bilirəm. Başqa komandalar da oyunumu görüb dəyərləndirir. Sadəcə, müqaviləmin sonuna kimi burda qalmağa qərarlıyam. Amma kim bilir, bəlkə bir gün Avropanın aparıcı çempionatlarından birindən sürpriz təklif gələcək (gülür).
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video