"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyun 0 qol

"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyun 0 qol
DÜNYA FUTBOLU 13 Sentyabr 2026 / 10:15 280
-  A +

"Tottenhem" Premyer Liqa tarixində ilk dəfə mövsümün ilk 4 oyununun heç birində qol vura bilməyib.

QOL.az xəbər verir ki, bu barədə "Squawka" nəşri "X" sosial şəbəkəsində məlumat yayıb.

London təmsilçisi 4-cü turda öz meydanında "Everton"u qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. 

"Tottenhem"  turnirin açılış oyununda "Lester" (0:1), 2-ci turda "Nyukasl"a (0:2) məğlub olub, 3-cü turda isə "Bornmut"la heç-heçə (0:0) edib. Dörd turdan sonra aktivində 2 xal olan London klubu turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner