“Qəbələ” klubunun kapitanı Rəşad Abdullayev bu həftə “Qarabağ”a qarşı keçiriləcək Premyer Liqanını 19-cu turunun oyunu öncəsi Qol.Az saytının suallarını cavablandırıb
- Antalyadakı təlim-məşq toplanışından sonra komandanızın durumu necədir?
-Hər şey qaydasında gedir. Komandada itkilər yoxdur. Çempionatın oyunlarına hazırlaşırıq. Çalışırıq ki, fasilədən sonrakı ilk oyunumuzda azarkeşləri sevindirək.
- “Qəbələ”yə cəlb olunan legionerlərlə bağlı nə deyə bilərsən?
- Antalyadakı toplanışda yaxşı təsir bağışladılar. Çətin rəqiblərə qarşı oyunda özlərini yaxşı tərəfdən göstərdilər. Komandamıza uyğun oyunçulardır. Çempionatda da həmin oyunu göstərsələr, bizə çox kömək olacaqlar.
- “Qarabağ”la oyun haqda nə düşünürsən?
- Hələ Türkiyədə olarkən bu oyunu fikirləşirik. Çünki fasilədən sonra birinci oyun həmişə çətin olur. Rəqib də adlı-sanlı komandadır. Topla yaxşı rəftat edirlər. Buna baxmayaraq, məşqçi heyətimiz “Qarabağ”ın taktikasına yaxşı bələddir. Oyun “Qarabağ” üçün də çətin olacaq. Onu da nəzərə alaq ki, “Qarabağ”ın “Qəbələ”ylə oyunu çətin alınır. Evdə oynadığımız üçün bizim üstünlüyümüz də var. Əgər Türkiyədəki oyunumuzu göstərə bilsək, qələbə bizim olacaq.
- Hələ “Neftçi”də oynayanda “Qarabağ”ın qapısına uzaqdan qüvvətli və gözəl zərbəylə qol vurmuşdun. “Qarabağ”la oyunda belə zərbələri görə biləcəyik?
- “Neftçi” də oynayanda bir neçə dəfə “Qarabağ”a qol vurmuşdum. Təkcə “Neftçi”nin yox, “Qəbələ”nin heyətində də “Qarabağ”a qol vurmuşam. Çalışacağam ki, belə zərbələr endirim yenə qol vurum . Qol vura biməsəm də, əlimdən gələni edəcəm ki, qalib gələk.
-Çempionatda əsas hədəfiniz nədir? Çempionluq, yoxsa Avrokuboklara vəsiqə qazanmaq?
- Komandamızın hədəfləri böyükdür. Ən pis halda avrokuboklara vəsiqə qazanmaq istəyirik. Hazırda əsas hədəfimiz ilk “altılıq”da qalmaqdır. Üç xallıq sistemlə oynayırıq. Bilmək olmur ki, necə olacaq. Ona görə də qarşıdakı dörd oyunda çalışıb xal ehtiyatı yığmalıyıq ki, yerimizi möhkəmlədək. Bundan sonra avrokuboklar və ya çempionluq haqda fikirləşə bilərik.
- Amma nəzərə alaq ki, qarşıdakı dörd oyundə rəqibləriniz “Qarabağ”, “İnter”, “Xəzər Lənkəran” və AZAL kimi iddialı komandalardır.
- Mənə elə gəlir ki, biz çətin rəqiblərlə daha yaxşı oynayırıq. Əsas birinci oyundu. Bu oyunda təkan götürsək, digər görüşlərə də yaxşı motivasiya olacağıq.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video