“Neftçi” klubunun sabiq futbolçusu, türkiyəli Əli Cansun Qol.Az-a müsahibə verib.
- Hazırda hansı komandanın şərəfini qoruyursan?
- Türkiyədə “Eyyubspor” klubunda çıxış edirəm.
- İki il olar ki, Azərbaycandan ayrılmısan. Bu müddətdə ölkəmizlə əlaqən var idimi, buradakı dostların, tanışlarınla nə dərəcədə ünsiyyət qurursan?
- Əlbəttə ki, Azərbaycanda dostlarım, xətrini istədiyim insanlar var, onlarla tez-tez əlaqə saxlayıram, imkan olanda görüşürük də. Xüsusilə Rəşad Abdullayev, Samir Əliyevlə zaman-zaman telefon vasitəsilə əlaqə saxlayırıq, hal-əhval tuturuq.
- O zaman belə çıxır ki, Azərbaycan futbolu ilə maraqlanırsan...
- Bəli, özü də çox yaxından və demək olar hər gün sizin sayt vasitəsilə Azərbaycan futbolunda olan son durumdan xəbər tuturam.
- “Neftçi”nin son iki mövsüm ard-arda çempionluğu bayram etdi. Buna münasibətini bilmək maraqlı olardı...
- Elədir, son illər “Neftçi” üçün çox gözəl keçdi, ard-arda çempionluqlarını bayram etdilər. Təbii ki, mən də buna çox sevindim çünki oradakı azarkeşlər hər şeyin ən yaxşısına layiqdi.
- Ancaq təəssüf ki, komanda Çempionlar Liqasında uğurlu çıxış edə bilmədi. Xüsusilə, İsrailin “Hapoel” klubuna səfərdə 0:4 hesabıyla məğlub oldu. Bu oyunlardan xəbərin oldu?
- Dediyim kimi, “Neftçi”nin çıxışlarını yaxından izləyirəm. Bilirəm ki, ilk turu uğurla keçsələr də, “Hapoel” səddində ilişdilər. Nə deyə bilərik, futboldu, olur belə şeylər. İnşallah, önümüzdəki illərdə daha böyük uğurlara imza atarlar. Ümumiyyətlə, yaxın illərdə hər şeyin Azərbaycan futbolu üçün uğurlu olacağına inanıram.
- Ancaq komanda Cənubi Kiprin “Apoel” klubunu keçməklə, elə bu ildə böyük uğura imza ata bilər. Bakıdakı ilk matç 1:1 bitdi. Səncə, “Neftçi” səfərdən uğurlu nəticə ilə dönə bilər?
- Niyə də yox? İnşallah, inanıram ki, “Neftçi” bunu bacaracaq.
- Sən “Neftçi”yə Hans Yurgen Gedenin dövründə gəlmişdin. Həmin dövr mətbuat da alman məşqçini həddindən çox tənqid edirdi. Bilirsən ki, o, gələn kimi bütün aparıcı futbolçuları komandadan uzaqlaşdırdı, heyəti dəyişdi. Səncə, Gede həmin vaxt düzgün addım atdı?
- Bunu birmənalı şəkildə deyirəm ki, Gede komandaya çox böyük zərər vurdu. Hər şeyin yaxşı getdiyi bir zamanda gəldi və bunu alt-üst etdi. Çox yaxşı futbolçularımız var idi. Ancaq Gede onlarla yola getməyi bacarmadı.
- Bir çoxları eyni zamanda o dövrkü “Neftçi” rəhbərliyini də kəskin tənqid edirdi və onların futbol adamları olmadığını, “Neftçi”ni dağıtdıqlarını iddia edirdilər. Sən bu iddialara nə dərəcədə qatılırsan?
- Qəti şəkildə bildirirəm ki, o vaxtkı vitse-prezidentimiz İlqar Quluzadənin futboldan anlayışı yox idi. Halbuki, “Neftçi”nin hazırkı prezidenti Sadıq Sadıqov, eləcə də Quluzadənin postunu tutan Tahir Süleymanov işlərinin peşəkarıdır. Ard-arda çempionluqların gəlməsi də bunun bariz sübutudur.
- Azərbaycan yaddaşında necə bir ölkə kimi qalıb?
- Azərbaycanı hər zaman xoş mənada xatırlayacam. Orada həqiqətən də gözəl dostlar tapdım. Məsələn, hər gün bizi bazaya məşqə aparan dostumuz Anarı, eləcə də o cür gözəl azarkeşləri əsla unutmaram.
- “Neftçi”nin heyətində yaxşı mənada unutmayacağın matç?
- Təbii ki, son dəqiqələrdə qələbə qolunu vurduğum “Xəzər Lənkəran”la matçı heç vaxt unutmayacam.
- Bəs, pis mənada?
- “İnter”lə oyun. Gede məni əvəzləmədən meydançaya buraxdı, amma sonradan təkrar əvəzlədi. Bax, həmin oyunu da heç vaxt unutmayacam.
- “Neftçi”dən gedişin çoxları üçün anlaşılmaz oldu. Bəlkə bunun da səbəblərini açıqlayasan?
- “Neftçi”nin həmin dövrdəki vitse-prezidenti ilə anlaşa bilmədiyimizdən “Neftçi”dən ayrılmaq məcburiyyətində qaldım. Amma istənilən halda Azərbaycan yaddaşıma yaxşı mənada həkk olundu, buradan hamıya salamlarımı çatdırıram və mənə dəstək olmuş insanlara da təşəkkürümü bildirirəm.
Anar XANLAROV
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı