“Simurq”un icraçı direktoru Vaqif Əliyev “Xəzər Lənkəran”la bu həftəsonu keçirilməli olan Azərbaycan Premyer Liqasının IV tur matçının təxirə salınmasıyla bağlı Qol.Az-a müsahibə verib.
- Deyilənə görə, Peşəkar Futbol Liqasının (PFL) “Xəzər Lənkəran”la oyununuzu təxirə salmasından narazı qalmısınız...
- Əlbəttə narazıyıq. Komanda yaxşı formadadır, səylə oyuna hazırlaşırıq, oyuna köklənirik. Amma anidən qərar verib matçı təxirə salırlar.
- Sizə bu haqda heç bir məlumat verməmişdilər?
- Rəsmi məlumat bu gün faks vasitəsilə gəlib. Amma dünən axşam artıq xəbəri eşitmişdik.
- Matçın təxirə salınması planlarınıza nə dərəcədə təsir edəcək?
- Təsir edəcək deyəndə ki, bütün planlarımız alt-üst oldu. Arada nə qədər boşluq yaranacaq. Gərək, bu boşluğu doldurmaq üçün bir toplanış təşkil edək.
- Ölkə xaricinə getməyi düşünürsünüz?
- Yəqin ki, elə olacaq. Ancaq hansı ölkə olduğu hələlik dəqiqləşməyib.
- PFL prezidenti Ramin Musayev deyib ki, əgər “Simurq”la “Xəzər Lənkəran” öz aralarında razılığa gəlsəydilər, matçı Zaqatalada keçirmək olardı. Bununla bağlı Lənkəran klubu ilə danışıq aparmamısınız?
- Xeyr. Çünki oyunun təxirə salınması ilə bağlı rəsmi faksı bu gün almışıq. Əvvəlldən desəydilər, danışıq aparmaq olardı.
Anar XANLAROV
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı