Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev “Neftçi” ilə Kiprin “Apoel” klubları arasında bu gün keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Bu gün “Neftçi”dən nə gözləyirsiniz?
- Kipr komandası “Neftçi”nin əvvəlki qarşılaşdığı rəqiblərindən daha güclü və daha səviyyəlidir. Lakin futbolda mümkün olmayan bir şey yoxdur. Yəni ümid hər zaman var. Real baxsaq, “Apoel”in şansı daha çoxdur. Lakin bu, kağız üzərindədir. Kimin daha şanslı olduğunu oyunun gedişatında görəcəyik. Əgər “Neftçi” “Apoel”i keçsə, bu, Avropa futbolu üçün sensasiya olacaq.
- “Neftçi”nin ilk oyunu evdə keçirməsini komandamız üçün üstünlük saymaq olar?
- İstənilən klub mərhələnin taleyini ilk oyunda həll etməyə çalışır ki, təkrar qarşılaşmada risksiz oynasınlar. Lakin bunu “Apoel” də yaxşı bilir. Buna görə də onlar səfərdə hücum futboluna üstünlük verib qol vurmağa çalışacaqlar. “Neftçi”nin müdafiədə necə oynamasından da çox şey aslı olacaq.
- Sizcə, “Neftçi” qələbə qazanmaq üçün nə etməlidir?
- Rəqibin oyununu yaxşı analiz etdikdən sonra ona uyğun bir taktika seçməlidir. Bu səbəbdən “Neftçi”nin məşqçilərinin üzərinə böyük məsuliyyət düşəcək. Oyunun gedişatında futbolçularımız çox diqqətli və bacardığı qədər səhvsiz oynamalıdırlar.
- “Neftçi”nin hazırda ən zəif yeri müdafiəsidir. “Hapoel” lə qarşılaşmada bunun dəfələrlə şahidi olduq. Sizcə, bu problemi Mahir Şükürov və Emin Mehdiyevlə aradan qaldırmaq mümkün olacaq?
- Bu, hər iki müdafiəçinin hansı formada olmasından asılıdır. Məncə, Mahir Şükürov hələ yüz faiz hazır deyil. Bundan başqa, “Neftçi”nin müdafiəsinin mərkəzində ciddi problemlər qalmaqdadır. Eyni samanda sol çinah müdafiəçisi Bertuççinin hücuma qoşulduqdan sonra vaxtında geri qayıda bilməməsi də çatışmazlıqlardan biridir.
- Kiprli azarkeşlərin 1995-ci ildəki törətdiyi təxribatları yenidən təkrarlamaq ehtimalı varmı?
- Mən öz həyata baxışımla deyə bilərəm ki, indi 1995-ci il deyil. Çünki həmin il müharibənin qızğın vaxtları idi və bu sarıdan erməni lobbisinin apardığı güclü işləri var idi. Etiraf edək ki, həmin zaman erməni lobbisinin təbliğatında biz onlara uduzurduq. Lakin indi vəziyyət tamamiylə dəyişib. Həmin il Türkiyənin bayrağını yandıranlar kiprli azarkeşlər deyil, həmin ölkədə yaşayan ermənilər idi. Həmçinin, UEFA-nın indi belə rasizim hərəkətlərinə qarşı ciddi sanksiyaları var. Belə olaylara görə istənilən komandanı hətta yarışdan çıxarda bilərlər. Ümumiyyətlə, futbolçular və azarkeşlərimiz heç bir şeyə fikir vermədən öz oyunlarını oynamalıdırlar. Belə təxribatlara uymaq olmaz. Çünki bu amil heç bir ölkəyə baş ucalığı gətirmir.
- Bəs, “Neftçi”nin qələbə qazanmaq şanslarını necə görürsünüz?
- İndiki vəziyyətdə şanslar 60-40 –a “APOEL”in xeyrinədir. Təki mən yalnış olum və proqnozum səhv çıxsın.
Əli HƏYATİ
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video