Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk matçı çərçivəsində Cənubi Kiprin “Apoel” klubunu qəbul edən “Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyin Seyidov Qol.Az-a müsahibə verib.
- Bu gün Avropa Liqasının pley-off matçı çərçivəsində “Apoel”i qəbul edirsiniz. Bu oyunla bağlı nə düşünürsən?
- Komandada hər kəs bu görüşün məhsuliyyətini yaxşı dərk edir. Rəqibin keçən il Avropada sözünü demiş bir komanda olduğundan xəbərdarıq. Biz, “Neftçi” olaraq, bu şansı əldən vermək istəmirik. Buna görə də, bütün kollektiv oyuna çox səylə hazırlaşıb. Çalışacağıq Bakıda elə bir oyun göstərək ki, yaxşı nəticə əldə edək.
- “Apoel” keçən il Çempionar Liqasında adlı-sanlı rəqiblərini məğlub etməyi bacarıb. Bu mənada “Neftçi”nin bu komandanı məğlub edəcəyi nə dərəcədə real görünür?
- Rəqibimizin oyunlarını keçən il diqqətlə izləmişdim. Həqiqətən də, güclü komanda olduğunu etiraf etmək lazımdır. Lakin bu amil bizə əlavə stimul verəcək ki, meydanda sona qədər mübarizə aparaq. Yəni, belə bir rəqiblə oyunda bir an olsun belə, ehtiyatı əldən vermək olmaz. İstənilən rəqibi məğlub etmək mümkündür. Sadəcə, çox güc sərf etməklə yanaşı, ağıllı oynamalısan.
- Bəs, rəqibi necə, yaxşıca analiz edə bilmisiniz?
- Bəli, rəqibin oyunlarının kasetini izləmişik. İnşallah, bu gün sözümüzü deyəcəyik.
- Sirr deyil ki, “Apoel” və azarkeşləri təxribata meyllidir. Üstəlik, ermənipərəstdilər. Yəqin ki, rəhbərlikdən təxribata uymamaqla bağlı tapşırıq almısınız...
- Rəqibin ermənipərəst olması bizə oyuna daha ciddi yanaşmağa əsas verir. Lakin bu oyunu tam olaraq siyasətləşdirmək də, düzgün olmazdı. Biz meydana çıxıb qələbə qazanmaq istəyirik. Klubun və onların azarkeşlərinin təxribatina fikir verməyəcəyik. Ola bilsin ki, onlar nə isə etməyə çalışsınlar. Ancaq peşəkar futbolçu belə şeylərə fikir verməməlidir. Çünki rəqibin təxribatına uyub komandanı pis vəziyyətdə qoymaq heç də yaxşı hal deyil. Bütün fikrimizi oyuna və qələbəə toplamalıyıq. Bu, bizim üçün tarixi bir andır.
- Səncə, rəqibinizin üstün cəhəti nədədir?
- Heyətlərində tanınmış dünya ulduzları olmasa da, kollektiv oyuna üstünlük verirlər. Xüsusilə, topu itirərkən qeri qaytarmaq üçün komanda şəklində presinq edirlər. Fərdi oyuna qalınca isə bizm bir çox futbolçular rəqiblərindən geri qalmırlar. Bəlkə də, daha üstündürlər.
Əli HƏYATİ
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı