Sabah Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Rəvan”ın türkiyəli baş məşqçisi Cavad Güler Qol.Az-a müsahibə verib.
- Komandanızın Premyer Liqanın ilk üç turundakı çıxışını necə dəyərləndirərdiniz?
- Biz yeni bir anlayışla futbol oynamağa çalışırıq. Heyətimizdə yeni futbolçular var, mən onlara öyrəşirəm, onlar da mənə. Ən əsası, mən özüm Azərbaycan futboluna alışıram. İlk 3 turda 2 xal götürməyimiz təbii ki, uğurlu nəticə sayıla bilməz. Üstəlik, “Xəzər Lənkəran” və “Bakı” ilə oyunlarda hesabda öndə ola-ola qələbəni əldən verdik. Bu həftə isə daha komplektləşmiş bir “Qarabağ”a qarşı oynayacağıq. Rəqibin güclü olmasına baxmayaraq, qələbəyə oynayacağıq. Bu qələbə gec-tez gələcək. İnanıram ki, komandamız ən qısa zamanda öz sözünü deyəcək. Sadəcə, zamana ehtiyacımız var. Arada çempionatda fasilə də yaranacaq və ola bilsin ki, həmin fasilə zamanı heyətimizə daha bir neçə futbolçu qatdıq. Ancaq bunun üçün ilk növbədə rəhbərliklə görüşməliyəm.
- “Xəzər Lənkəran” və “Bakı” kimi daha iddialı klublardan xal götürdüyünüz halda AZAL-a çox asanlıqla təslim oldunuz. Bunun səbəbini nədə görürsünüz?
- AZAL-la oyunda heyətdə bzi dəyişiklik etməli olduq. Bizdə 1992-ci il təvəllüdlü Amit Quluzadə var. Digər gənc futbolçularımız isə hələ ki, Premyer Liqa səviyyəsində oynamağa hazır deyillər. Bundan başqa, zədəli futbolçularımız da var idi. Bir sözlə, obyektiv səbəblərdən əsas heyətdə 4 dəyişiklik etməli olduq. Bəli, çox pis oynadıq. Ümumiyyətlə, AZAL-a qarşı oynadığımız futbolu bir daha oynamaq istəmirik. O matç bir daha olmayacaq.
- “Qarabağ” son turda “Sumqayıt”ı 6:1 hesabıyla məğlub etdi. Bu isə həmin komandanın hazırda çox daha yaxşı formada olduğunu göstərir. Sizə görə, Ağdam klubunun ən güclü tərəfi nədir?
- İlk növbədə komanda oyunu var, müdafiədən oyun qururlar. Bir-birinə uyğunlaşmış, bir-birini gözəl başa düşən futbolçulardan qurulu bir kollektivdi. Ancaq mən deyim ki, son matçlarının 6:1 bitməsi “Sumqayıt”ın çox pis oynadığını göstərmir. Sadəcə, 20-ci dəqiqədə gələn penalti, göstərilən qırmızı vərəqə və komandanın 10 nəfərlə qalması bütün sistemi pozdu. Ancaq istənilən halda “Qarabağ” güclü komandadır. Güclü komandadır, amma yenilməz deyil.
- “Rəvan”ın hədəfləri dəyişməyib ki?
- Xeyr, ilk altılıq” uğurunda mübarizə aparacağıq və məqsədimiz ora düşməkdi. Bundan başqa, mənim özümün hədəfim komandamın baxımlı, yaradıcı, ən yüksək səviyyədə futbol oynamasıdır. Asandır? Təbii ki, deyil. Bunun üçün də zamana ehtiyacımız var. Ancaq istəyimizə çatacağımıza inanıram.
- “Rəvan” ev oyunlarını süni örtüklü meydançada keçiririr ki, bunun özü də futbolçularınızın zədə ehtimalını xeyli artırır. Bunları da nəzərə almısınızmı?
- Elədir, razıyam. Süni örtük təbii örtüyün yerini verə bilmir. Futbolu təbii meydançada oynayarlar. Sadəcə, Bakının iqlimi buna məcbur edir. Prinsipcə, “Dalğa Arena”nın örtüyü pis deyil. Bir məsələ də var ki, bu stadionun imkanından nə qədər komanda istifadə edir. Təbii örtük buna tab gətirməz. Əslində hər komandanın özünün ayrıca, stadionu olmalıdır və onlar bilməlidir ki, 2 həftədən bir bu stadionun xidmətindən istifadə edəcəklər. Belə olan halda qazonu saxlamaq da daha rahat olur. Ancaq dediyim kimi, bir stadionda eyni anda bir neçə komanda oynayırsa, orada təbii otu saxlamaq çox çətindi.
Anar XANLAROV
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video