“Qəbələ” klubunun baş meneceri Zaur Əzizov komandalarının Premyer Liqadakı son çıxışlarıyla bağlı Qol.Az saytının suallarını cavablandırıb.
- Son turda səfərdə “Neftçi”yə böyükhesabla məğlub oldunuz. Bu uğursuz çıxışdan sonra rəhbərlik olaraq iclas keçirib müəyyən tədbirlər görmüsünüz?
- İlk əvvəl deyim ki, gözləmədiyimiz nəticə oldu. Həmin oyundan sonra iclas keçirmədik. Çünki buna ehtiyac yoxdur. Ona görə ki, çempionat hələ təzə başlayıb. Birdə ki, komandanın uğur qazana bilməyəndə futbolçular da mükafatsız qalacaq. Bu, elə futbolçular üçün cəzadır. Bütün hallarda nəzərə almaq lazımdır ki, çempionat yeni başlayıb. Ona görə də hansısa tədbirə əl atmağa ehtiyac yoxdur. Lazımı tədbirləri məşqçilər korpusu görəcək.
- Bəs əgər uğursuzluq təkrarlansa, necə olacaq?
- İnanmıram ki, bir də belə şey baş versin. Ümumiyyətlə, bu barədə danışmaq istəməzdim. Çünki çempionluğa iddialı komandaların demək olar ki, hər birinin xal itkisi var. Bizim üçün son uğursuz oyunun dərinliyinə getmək istəməzdim. Nəzərə almaq lazımdır ki, qarşıda hələ uzun bir marafon var. İnanıram ki, məşqçilər korpusu komandanı növbəti oyunlara lazımi səviyyədə hazırlayacaq.
- “Neftçi”yə məğlubiyyətdən sonra baş məşqçi Fatih Kavlakla söhbətiniz olub?
- Biz onsuz da – komandanın udub-uduzmasından asılı olmayaraq, məşqçilər korpusuyla görüşlər keçiririk. Bu dəfə də görüşümüz oldu. “Neftçi”yə məğlubiyyəti faciəyə çevirmək düzgün olmaz. Sadəcə, həyacan təbili çalmaq lazımdır. Elə baş məşqçi Fatih Kavlak və onun köməkçiləri nə etmək lazım olduğunu yaxşı bilirlər.
- Bəzən mediada Fatih Kavlakın istefasıyla bağlı fikirlər səslənir. Deyirlər ki, Kavlak “Qəbələ”yə layiq məşqçi deyil.
- Bunu deyənlər görünür, Fatih Kavlakı yaxşı tanımırlar. Çox güman ki, onunla münasibət qurmayıblar. Eyni zamanda Fatih Kavlakın məşqlərini görməyiblər. Həmçinin heç bir klub belə uğursuz nəticədən sığortalanmayıb. Kimsə bizim işimizi bizdən yaxşı bilə bilməz. Biz inanırıq ki, Kavlakdan istədiyimiz nəticəni ala biləcəyik.
Əli HƏYATİ
Enrike, Arteta...
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı