Azərbaycan çempionatlarının bombardiri, “Neftçi”nin sabiq hücumçusu Nazim Əliyev Avropa Liqasının sabah keçiriləcək “Neftçi” - “Apoel” oyunu ilə bağlı Qol.Az-a müsahibə verib.
- Öncə sizin də forma geyindiyiniz və 17 il əvvəl “Neftçi” ilə “Apoel” araslnda keçirilən qarşılaşmalara qayıdaq...
- Həmin oyunlar yaxşı yadımdadır. İlk oyun səfərdə idi. Oyuna çox yaxşı hazırlaşmışıq. Klubumuzun o vaxtkı prezidenti rəhmətlik Rasim Rəfiyev bizim üçün hər cür şərait yaratmışdı, oyuna çarter reysi ilə getmişdik. Bundan başqa, yeni dəst idman geyimləri də sifariş verilmişdi. Hər şey o dövrün Avropa komandalarına uyğun təşkil olunmuşdu. Oyuna gəlincə, ajiotaj həddindən artıq gərgin idi. Bizə qarşı çox böyük təzyiq var idi. Bildiyiniz kimi, Türkiyənin bayrağını da yandırmışdılar.
- Yeri gəlmişkən, həmin anda oyun gedirdi, yoxsa dayanmışdı?
- Xeyr, həmin vaxt biz isinmə hərəkətləri edirdik. Bu zaman gördük ki, stadiona Ermənistan bayrağı gətirdilər. Daha öncə isə Türkiyə bayrağını yandırmışdılar.
- Böyükhesablı məğlubiyyətə səbəb nə oldu?
- Mən deyərdim ki, təcrübəsizlik. Beynəlxalq aləmdə o qədər də təcrübəmiz yox idi. Halbuki oyuna yaxşı başlamışdıq. Hesab 0:0 olarkən ilk hissədə iki real imkanımız oldu. Elə ilk imkan məndə oldu. Yaşar Vahabzadənin ötürməsindən sonra topu qapıçının başı üzəridən atsam da, müdafiəçi çatıb onu boş qapıdan çıxardı və künc zərbəsi vurmalı olduq. Yeri gəlmişkən, Vaqif Sadıqovun məşhur “azərbaycansayağı künc zərbəsi”ni beynəlxalq arenada ilk dəfə həmin oyunda yerinə yetirmişdik. Sonradan Bəxtiyar Musayevlə Yunis Hüseynovun da qol imkanları oldu. Ancaq dediyim kimi, beynəlxalq təcrübəsizlik özünü göstərdi. Sumqayıtdakı cavab matçında da üstün oynasaq da, hesab açılmadı. Buna baxmayaraq, həmin xal Avropa miqyaslı oyunlarda qazandığımız ilk xal oldu.
- Sabahkı oyundan nə gözləyirsiniz?
- Təbii ki, aradan xeyli vaxt keçib. İndi hər şey dəyişib. Məsələn, televiziyadan “Apoel”in stadiounu görmüşəm. Həmin stadiondu, amma ot örtüyü çox dəyişib. O vaxt biz oynayanda ot örtüyü yaxşı deyildi. Ancaq indi xeyli müasirləşib. Çoxları deyir ki, rəqib ötən mövsüm Çempionlar Liqasında 1/4 finala qədər irəliləyib. Nə olsun? İstənilən rəqibə qarşı oynamaq olar. Əsas odur ki, istək olsun. Bir də burda azarkeşlərdən də çox şey asılıdır.
- Özünüz də hücumçu olmusunuz. Sabiq hücumçu kimi, “Neftçi”nin hazırkı hücum xəttini necə dəyərləndirirsiniz? Xüsusilə çilili yeni transfer Kanares haqda fikirləriniz maraqlı olardı.
- “Qəbələ” ilə oyunlarına baxdım Kanares qol vurmasa da, iki qolun ötürməsini verdi. Düzdür, “Qəbələ” ilə “Apoel”i eyniləşdirmək olmaz. Hər ikisi fərqli komandalardır. Əsas odur ki, burda qol vuraq. Bir şərtlə ki, qol buraxmasınlar. Böyükağa Hacıyevlə Tərlan Əhmədov müdafiəyəmeylli futbolçular olublar. Yəqin ki, onlar müdafiədəki nöqsanları da aradan qaldıra biləcəklər.
Anar XANLAROV
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video