“Kəpəz” klubundan ayrılan serbiyalı futbolçu Lyubo Baranin Qol.Az saytına müsahibə verib
- “Kəpəz”dən niyə getdin?
- Klub rəhbərliyi mənə pul vermək istəmədiyini bildirdi. Həm maaşı, həm də vəd olunan mükafatı vermikdən imtina etdilər. Bu hadisə dünən baş verib. Demişdilər ki, Ramazan bayramından sonra pullarınızı verəcəyik. Lakin dünən agentim də zəng edərək, sponsorun mənə pul ödəmək istəmədiyini bildirdi.
- Bəs, özün vəziyyəti klub rəhbərliyi ilə aydınlaşdırmadın?
- Bütün məsələlərimlə agentim məşqul olur. O bildirdi ki, dərhal Bakıya gəlim, çünki “Kəpəz” pul vermək istəmir? Mən hazırda Bakıdayam. Transfer vərəqəm özümdədir. Azad futbolçu kimi stədiyim komandaya keçə bilərəm.
- Bütün bu baş verənlərdən sonra nə söyləyə bilərsən?
- Mən hələ də olanlara inanmıram. Özümü çox pis his edirəm. “Kəpəz”ə gələn zaman mənə çatacaq pulun bir hissəsini dərhal almalıydım. Lakin çox gözlətsələr də, sonradan pulu verməkdən imtina etdilər. Mənə elə sözlər dedilər ki, “Kəpəz”ə transfer olduğum üçün utanc hissi keçirirəm. Mənə klubdan bildirdilər ki, sənə pul verilməyəcək. Dedilər, istəyirsən, pulsuz oyna. Pulsuz oynamaq istəmirsənsə, gedə bilərsən. Belə hallar qeyri-peşəkarlıqdır və heç bir kluba başucalığı gətirmir.
- Bundan sonra nə etmək fikrindəsən?
- Transfer pəncərəsinin bağlanmasına 9 gün qalıb. Bu vaxt ərzində özümə yeni klub tapmalıyam. Yəqin ki, gələn təklifləri nəzərdən keçirəcəyəm. Hər kəsə mənim oyun üslubum, bacarığım və soyadım yaxşı tanışdır. Mən peşəkar bir futbolçuyam. Düzdü, vaxt çox az olsa da, özümə yeni klub tapmağa çalşacağam.
- Sənin komandadan getməyinə yeni baş məşqçi Mahmud Qurbanov nə dedi?
- Mən onunla görüşüb yeni vəzifəsi münasibətilə təbrik etdim. Lakin bu barədə onunla söhbət etməmişdim. Bu, sırf olaraq rəhbərliyin qərarıdır. İndiyənə kimi şokdayam.
Əli HƏYATİ
Enrike, Arteta...
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı