“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov dünən “İnter”lə qarşılaşmadan sonra yaşanan qalmaqalla bağlı Qol.Az-a müsahibə verib.
- Dünənki olaylara “İnter”in prezidenti Georgi Nikolov münasibət bildirib. O iddia edir ki, onlar tərəfindən heç kimin ünvanına təhqiramız ifadələr səslənməyib. “Xəzər Lənkəran”ın məsələyə münasibəti necədir?
- Açığı, biz bu məsələ ilə bağlı açıqlama verməyə tələsmirik. Daha doğrusu, indiki halda bunu düzgün saymırıq.
- Nəyə görə?
- Çünki dünənki olaylar, orada baş verənlərlə bağlı bütün fikirlərimizi yazılı şəkildə Peşəkar Futbol Liqasına (PFL) təqdim etmişik və onlar bu məsələni araşdıracaqlar. Artıq məsələ şəxsən PFL prezidenti Ramin Musayevin nəzarəti altındadır. İnanırıq ki, hər şey tam araşdırılacaq və günahkarlar öz cəzasını alacaq.
- “İnter” təkzib etsə də, komandanızın baş məşqçisi Yunis Hüseynov konkret olaraq, “Xəzər Lənkəran”ın futbolçusu Saido Tounkaranın təhqir olunduğunu bildirib...
- Yenə deyirəm, olanları PFL araşdıracaq və indiki halda bizim nəsə deməyimiz düzgün çıxmazdı. Onsuz hər şey ortada idi. Bu, qapalı məkanda deyildi ki, kimlərsə görməsin. Hər şey meydançada baş verdi və bütün ictimaiyyət də bunu gördü. Bilirsiniz, “İnter” rəhbərliyi də istəməzdi ki, bütün bunlar olsun. Çünki olanlar həqiqətən çox xoşagəlməz idi.
- Ancaq nəzərə alsaq ki, təhqir olunan məhz “Xəzər Lənkəran”ın futbolçusudur...
- Bilirsiniz, baş verənlər sıradan bir hadisə deyil. Burada söhbət hansısa futbolçunun qeyri-etik jestindən, yaxud futbolçuya yaraşmayan hərəkətindən getmir. Söhbət daha böyük məsələdən gedir. Yəqin ki, nə demək istədiyimi başa düşdünüz. Azərbaycan tolerant, demokratik ölkədir. Bundan başqa, biz həm də qonaqpərvər millətik. Dünən yaşananlar bizə yaraşmır. Bir daha deyirəm, məsələ ilə bağlı PFL-ə rəsmi müraciət etmişik və onlar da məsələni araşdırıb yəqin ki, qısa zamanda öz qərarlarını verəcəklər.
Anar XANLAROV
Enrike, Arteta...
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı