Bakının “İnter” klubunun prezidenti Georgi Nikolovun Qol.Az saytına müsahibəsi
- “İnter” – “Xəzər Lənkəran” oyunundan sonra baş verənlər narazılığa səbəb olub. Bu haqda fikirlərinizi bilmək istərdik.
- Bəli, oyundan sonra komandanın bəzi üzvləri arasında qalmaqal baş verib. Dəyəsən, futbolçular bir-birləri barədə irqçi fikirlər səsləndiriblər, təhqiramiz ifadələr işlədiblər. Bilirisiniz, belə bir məsəl var ki, od olmasa, tüstü çıxmaz. “Xəzər Lənkəran” futbolçuları bizim oyunçulardan niyə şikayət edirlər? Hər dəfə məhz bu komandayla oyundan nəsə bir narazılıq yaşanır. Lakin mən bir klub rəhbəri kimi baş verənləri aydınlaşdıraraq, “İnter”in kollektivini cəzalandıracağam.
- Səhv etmirəmsə, insident klubunuzun hücumçusu Baçana Sxadadze ilə rəqib futbolçu Elnur Allahverdiyev arasındakı münaqişədən sonra başlayıb.
- Mən meydançada baş verənləri görən kimi, dərhal aşağı düşdüm. Gördüm ki, hər kəs bir birinin üstünə qışqırır, bir-birinə barmaq göstərir. Bu, arvadlar arasındakı davaya oxşayırdı. Bir-birinin üz-gözünü çırmaqlamaq, saçyoldusuna çıxmaq kimi bir şey. Belə götürəndə, mən həmin olayın mərkəzində olmuşdum. Yəni gülməli bir qalmaqal oldu. Mən belə insidentlərə fikir vermirəm.
- “Xəzər Lənkəran” klubunun rəhbərliyi “İnter”in futbolçularının və nümayəndələrinin komandanın malili futbolçusu Saido Tonkuranı irqçi sözlərlə təhqir etdiyindən şikayətlənirlər.
- “İnter” futbolçuları və klubumuzda işləyən şəxslər heç vaxt irqçi şüarlardan istifadə etməyiblər. Ən azı öz klubumuzda da afrikalı futbolçular çıxış edirlər. Rəqib “İnter”in sürücünü də günahlandırır. Güya həmin sürücü Tonkuranı hədələyərək, təhqir edib. Boyu cəmi 1.50 sm, çəkisi isə 50 kq olan bir insanın enli kürək bir futbolçuya qarşı belə hərəkət etməsi inandırıcı görünmür. Fikrimcə, mətbuat bu məsələni bu qədər şişirtməməlidir.
- Ötən mövsüm Kaxaber Sxadadze ilə Yunis Hüseynov arasında da insident yaşanmışdı. Bunu həmin münaqişənin davamı saymaq olarmı?
- Xeyr. Bu hadisəni həmin olayla bağlamaq düzgün deyil. Sizcə, Baçana Azarbaycan dilində elə yaxşı bilir ki, hansısa sözə belə reaksiya verir? Və ya Elnur Allahverdiyev gürcü dilində təmiz danışır? Yəni olanları bir-biriylə əlaqələndirməliyik.
- İndi isə klubunuzun bu çempionatdakı çıxışına toxunaq. Artıq üç turdur, komandanız qələbə qazana bilmir. Baş verənlər sizi narahat etmir?
- “İnter” oyunlarda pis təsir bağışlamır. Lakin ən pis cəhətimiz ələ düşən imkanları qola çevirə bilməməyimizdir. “Qarabağ”, “Qəbələ” və “Xəzər Lənkəran”la oyunlarda bu səbəbdən xal itirdik. Komanda bu cəhətdən çox axsayır.
- Bu uğursuz nəticələrə görə futbolçularla sərt davranmaq fikriniz var?
- Mən sərt davranmasam da, baş məşqçi Kaxaber Sxadadze bunu edir. Mən klub rəhbəri kimi daha çox sakit tonda danışmağı üstün tuturam. Lakin lazımi anda Kaxaber Sxadadze futbolçular barədə ölçü götürür.
Əli HƏYATİ
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video