Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Qol.Az saytına müsahibə verib.
- Çempionatın üçüncü turunda niyə məhz “Sumqayıt” - “Qarabağ” oyununu izləmək qərarına gəldiniz?
- “Sumqayıt”ın prezidenti Kamran Quliyev dəvət etmişdi, mən də gəldim.
- Oyun necə təsir bağışladı?
- “Sumqayıt” yeni, cavan komandadır, futbolçularının təcrübəsi aşağıdır. Bundan başqa bildiyimə görə, bir neçə futbolçusu zədəlidir, böyük əksəriyyəti də bir neçə gün qabaq milli komandaların düşərgəsində olublar, yorğundular. Həm də təcrübə özünü göstərdi. “Qarabağ”la “Sumqayıt”ı müqayisə eləmək çətindir axı.
- Hakimliklə bağlı nə deyərdiniz? Çünki çoxları belə düşünür ki, hesab 0:1 olarkən Elçin Məmmədov “Sumqayıt”ın qapısına penaltini düzgün təyin etsə də, qırmızı vərəqə xeyli ağır qərar oldu...
- O epizoda hakim hamıdan yaxın idi. Mənimlə fəxri lojada oturan yoldaşlar da qərarın doğru olduğunu dedilər.
- Bəs qırmızı vərəqənin göstərilməsi?
- Orda sonuncu ümid folu olduğu üçün qırmızı vərəqə göstərilməliydi.
- Çempionatın III turu da telekanallar tərəfindən canlı yayınlanmdı. Bu məsələdə son durum necədir?
- Çox təəssüf ki, telekanallarımız Azərbaycan futboluna maraq göstərmirlər. Ən çox üzüldüyüm o oldu ki, şənbə günü telekanallarımızdan biri “Neftçi”-“Qəbələ” matçını yox, İspaniya çempionatının oyunu göstərdi. Mənə elə gəlir ki, bu, Azərbaycan futboluna təhqirdir. Amma neyləyə bilərik? Teleşirkətlərin də öz rəhbərlər var və qərarı da onlar verirlər. Bizim də marağımız isə maddiyat yox, futbolumuza diqqətdi. Bunu isə göstərən yoxdur.
- Premyer Liqanının yeni sponsorunun adı nə vaxt bilinəcək?
- Sentyabrın 5-də rəsmi müqavilə bağlayacağıq.
- Yenə bankdı?
- Yox, bank deyil.
Anar XANLAROV
Enrike, Arteta...
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı