Premyer Liqanın üçüncü turunda “Sumqayıt”la oyunda “Qarabağ”ın heyətində ilk qolunu vuran Namiq Yusifov Qol.Az-a müsahibə verib.
- İlk sualın nədən ibarət olacağını yəqin ki, özün də bilirsən…
- Bilirəm, bugünkü (dünənki – red.) oyunda karyeramda ilk dəfə fərqləndiyimi nəzərdə tutursunuz (gülür). Hamı elə bilir ki, karyeramda ilk qolumu bu gün “Sumqayıt”a vurdum. Amma belə deyil. Daha əvvəl, hələ “Şəfa”da oynayanda iki qol da vurmuşdum. Bugünkü qol “Qarabağ”ın heyətində vurduğum ilk qol oldu.
- Oyunla bağlı nə düşünürsən, bu cür asan qələbə gözləyirdiniz?
- Asan qələbə deyəndə ki, bütün rəqiblər ciddidir. Biz keçən il “Sumqayıt”la oyunlarda ciddi xal itirdiyimizdən bu oyuna xüsusi ciddi hazırlaşmışdıq. Düzdür, hesab daha kiçik də ola bilərdi. Lakin rəqib futbolçunun qırmızı vərəqə alması öz təsirini göstərdi.
- Vurduğun qolu necə şərh edərdin? Hesabdan doğan arxayınçılıqdan arxanı atıb hücuma qoşuldun, yoxsa komanda yoldaşların bunu istədi?
- Yox, sadəcə, gördüm ki, zona boşdur və buna görə də irəli qaçdım. Həm də baxdım ki, top Rəşaddadır (Rəşad Sadıqov nəzərdə tutulur – red.). Başqası olsa bəlkə də, ötürmə verməzdi, amma bildim ki, Rəşad ötürmə verəcək. İrəli qaçanda da qışqırdım, o da ötürməni verib məni qapıçı ilə təkbətək çıxardı. Mən də topu qapıdan keçirdim.
- Ötən mövsüm vitse-kapitan sən idin. Rəşad Sadiqovun gedişindən sonra əsas kapitan olacağın gözlənilsə də, sarğı Rəşad Sadıqova verildi...
- Burada heç bir problem yoxdur. Əksinə mən özüm də ötən mövsüm kapitanlığı Rəşada təklif etsəm də, götürməmişdi. O yaşda məndən böyükdür, həm də milli komandanın kapitanıdır. Elə oldu ki, bu mövsüm öncəsi baş məşqçimiz Qurban Qurbanov özü təklif etdi və Rəşad da etiraz etmədi.
- Növbəti turda “Rəvan”la qarşılaşırsınız. Həmin oyunla bağlı nə düşünürsən?
- Sabahdan (bu gündən - red.) “Rəvan”la oyunun hazırlıqlarına başlayırıq. Açığı, oyunlarını görməmişik. Şəxsən mən özüm də canlı izləməmişəm. Yəqin ki, məşqçilər korpusu bununla bağlı öz tapşırıqlarını verəcək. Buna uyğun da hazırlıq keçəcəyik. Məqsədimiz təbii ki, uğurlu seriyanı həmin oyunda da davam etdirməkdir.
Anar XANLAROV
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video