"Sumqayıt”ın “Kəpəz”dən olan yeni transferi Ceyhun Sultanov Qol.Az-a müsahibə verib
- Yeni mövsüm öncəsi düşərgədə ab-hava necədir, Türkiyə toplanışı nə dərəcədə sizin üçün faydalı oldu?
- Türkiyə toplanışı normal keçdi, deyərdim ki, komanda üçün xeyiri dəydi. Əsas yoxlama oyunları idi, onu da oynadıq, bildik ki, çatışan, çatışmayan cəhətlərimiz hansılardı. Pis kollektiv yığılmayıb. Düzdür, çətin olacaq. 1-2 futbolçu da lazımdı
- Konkret hansı mövqeyə futbolçu lazım olduğunu düşünürsən?
- Fikrimcə, bizim problemimiz arxa xətlə bağlıdır. Çünki müdafiəçimiz azdır. Bir də hücumda bir az problemimiz var.
- Özün necə, tam olaraq, yeni kollektivə uyğunlaşa bilmisən?
- Çoxu cavan uşaqlar olduğundan hələ hələ tam olaraq damarlarını tuta bilmirəm (gülür). Amma inanram ki, bir neçə turdan bu da qaydasına düşəcək.
- Sumqayıtlı azarkeşlər səndən çox şey gözləyirlər və inanırlar ki, “Kəpəz”də göstərdiyin oyunu burada da davam etdirəcəksən...
- Hər şey uşaqlardan aslıdır. Cavan uşaqlardı, kömək eləsələr, bəlkə ondan da artığını göstərə bildim. Hər halda, çalışacağam ki, mənə olan inamı doğruldum.
- Səncə, “Sumayıt” hansı yerə iddia edə bilər?
- Çempionat öncəsi hər bir klub istəyir ki, ilk “altılığ”a düşsün. Biz də bunun üçün oynayacağıq. Düşməsək belə, çalışacağıq ki, çempionatı maksimum yüksək yerlərdə başa vuraq.
- İlk turda AZAL-ı qəbul edirsiniz. Bu oyunla bağlı nə düşünürsən?
- Vaqif Sadıqovu hamımız tanıyırıq və bilirik ki, fiziki, atletik futbola üstünlük verən məşqçidir. Bu cür komandalarla oyunda isə daha çox topa oynamalıyıq ki, onlar bizim arxamızca qaçsınlar. Yəni, rəqibi topsuz qoymalıyıq.
- “Sumqayıt”ın gənclərindən gözün su “içir”?
- Pis uşaqlar deyil. Sadəcə, bir az zədəyə meyllidilər. Amma ümumi götürəndə, hamısı oynayan uşaqlardı, bunun şahidi oldum. Hər halda, heç kim gəlib bizi rahatlıqla uda bilməyəcək.
- Ancaq məşqdən sonra bir şey diqqətimizi çəkdi ki, sən qalıb əlavə yarım saata qədər məşq etdiyin halda, gənclər dərhal soyunub-geyinmə otağına yollandılar. Niyə indiki gənclər bu qədər tənbəldi, öz üzərlərində işləmək istəmirlər?
- Məncə, onların fikri elə “Sumqayıt”da oynamaqdı. Özlərinə də demişəm ki, əgər “Sumqayıt”da oynamaq istəyirsinizsə, o zaman elə belə də davam edin. Daha səviyyəli klublarda, Avropada oynamaq istəyirlərsə, öz üzərlərində işləməlidirlər. Mən işləməsəm, fiziki durumum aşağı düşəcək. Daimi işləməliyəm ki, formamı saxlayım. Hamısı cavan uşaqlardı, indi oynayan, artıran vaxtlarıdı. Get-gedə yaş artır, sonra gec olacaq.
Anar XANLAROV
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi
Azərbaycan millisi Avstriyaya yollandı - Şəkillər
Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”
"Turan-Tovuz" UEFA qərarına qarşı - Nə baş verir?
41 yaşlı Oçoa da mundiala gedir - Meksikanın heyəti
Çexlər DÇ-2026-ya bu heyətlə gedir
Luis Enrike və futbolçuları Parisdə coşdu - Video
Azərbaycan millisi Avropa Kubokunda 2-ci oldu
Klublarımız Konfrans Liqasında - Bütün mümkün rəqiblər