“Qəbələ” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- “Qəbələ” sabah başlanacaq çempionata tam hazırdı?
- Komandada hər şey qaydasındadır. Bu il “Qəbələ”dən yaxşı nəticə gözləməyə dəyər. Kollektivimiz çempionata necə lazımdırsa, köklənə bilib. İnşallah, bunun bəhrəsini qarşıdakı oyunlarda görəcəyik.
- Komandaya yeni transfer olunan legionerlər haqda nə deyə bilərsən?
- Legionerlərimizin səviyyəsi həqiqətən də yüksəkdir. Komandaya son transfer olunan braziliyalı futbolçu haqda yalnız xoş sözlər demək olar. Çempionatın startına yaxşı başlamaq lazımdır ki, digər qarşılaşmalarda da uğurlu çıxış edək.
- “Qəbələ”də sənin mövqeyində çıxış edən kifayət qədər yaxşı futbolçu var. Səncə, bu rəqabətə tab gətirə biləcəksən?
- Mənim istənilən klubda hər zaman öz yerim olub. “Qəbələ”yə gələndən sonra çalışıram ki, öz mövqeyimə öyrəşəm. Belə götürəndə oynadığın klubda hər zaman rəqabəti hiss etməlisən. Hara getmişəmsə, hər zaman çalışmışam ki, komandama maksimum dərəcədə xeyir verim. İki dəfə çempionluq yaşamışam. Yeni klubumda da əsas məqsədim budur. Məncə, rəqabətə tab gətirə biləcəyəm.
- İlk qarşılaşmanızı səfərdə “Simurq”a qarşı keçirəcəksiniz. Zaqatala təmsilçisi yeni mövsüm üçün heyətini gücləndirib.
- Düzdü, səfərdəki oyun asan olmayacaq. Mən rəqib komandanın düşərgəsində baş verən dəyişiklikləri mətbuat vasitəsilə izləyirdim. Həqiqətən də, komandanın etdiyi transferlərlə xeyli gücləndiyini söyləmək olar. Keçən mövsüm “Simurq”un heyətində daha çox gənc oyunçular yer alırdı və onlar bir qədər təcrübəsiz idi. Lakin bu mövsüm çox gücləndiklərini söyləmək olar. Həmçinin məşqçiləri də tanınmış mütəxəssisdir. Bunlar onu deməyə əsas verir ki, “Simurq” bu il yüksək yerlər uğrunda yarışacaq. Biz isz çalışacağıq ki, səfərdən maksimum xal götürək. Lakin şansların əlinin-əlliyə olduğunu düşünürəm.
- Sabiq komandan olan “Neftçi” Çempionlar Liqası turnirində səfərdə İsrail təmsilçisinə biabırçı hesabla məğlub oldu...
- Mən əvvəlcədən demişdim ki, bu rəqiblə oynamaq olar. İlk 15-20 dəqiqədə görsənirdi ki, rəqib “Neftçi”yə oynamaq üçün imkan yaradıb. Rəqibləri güclü komanda da, nəhəng deyildi. “Neftçi” belə səviyyəli transferlərlə uğurlu nəticə göstərməliydi.
- Yəqin ki, “Neftçi”nin böyükhesablı məğlubiyyəti sənin üçün də gözlənilməz oldu.
- Mən fikirləşirdim ki, səfərdə “Neftçi” bir top fərqiylə məğlub olacaq və ya heç-heçə edəcək. “Neftçi”də təcrübəli futbolçu çoxdur. İlk baxışda demərsən ki, bu komandada nəsə çatışmır. Amma meydanda can qoymaq lazım idi.
Əli HƏYATİ
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi
Azərbaycan millisi Avstriyaya yollandı - Şəkillər
Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”
"Turan-Tovuz" UEFA qərarına qarşı - Nə baş verir?
41 yaşlı Oçoa da mundiala gedir - Meksikanın heyəti
Çexlər DÇ-2026-ya bu heyətlə gedir
Luis Enrike və futbolçuları Parisdə coşdu - Video
Azərbaycan millisi Avropa Kubokunda 2-ci oldu
Klublarımız Konfrans Liqasında - Bütün mümkün rəqiblər