“Qarabağ” klubunun hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- Türkiyədəki hazırlıq prosesini başa vurdunuz. Təlim-məşq toplanışının çempionatda “Qarabağ”a nə dərəcədə faydası olacaq?
- Məncə, komandamız yetərincə yüksək səviyyədə təlim-məşq toplanışı keçdi. Bir çox komandayla keçirdiyimiz yoldaşlıq görüşü də bizim üçün vacib idi. Daha çox fiziki hazırlığa üstünlük verdik. Çempionatın başlamasına bir həftə qalıb. Fikrimcə, bu toplanış növbəti mövsüm öncəsi bizim üçün çox faydalı oldu.
- “Qarabağ”a transfer edilən həm legioner, həm də yerli futbolçular haqda nə deyə bilərsən? Necə düşünürsən, onlar gedən futbolçuların yerini doldura biləcək?
- Yeni gələn futbolçular baş məşqçi tərəfindən seçilib. Deməli, zəif ola bilməzlər. Mən də toplanış zamanı onların yüksək səviyyədə olduğunu gördüm. Xüsusilə yeni qapıçını qeyd edərdim. Məncə, yeni gələnlər gedənlərin yerini layiqincə doldura biləcək.
- Klublarımızın avrokuboklarda çıxışları barədə nə deyə bilərsən? İlk öncə “Xəzər Lənkəran”dan başlayaq...
- Hər iki oyunda “Xəzər Lənkəran”ın qələbə qazanmaq şansı var idi. Bəlkə də komandamızın Polşada erkən qol buraxması, futbolçuları ruhdan saldı. Lakin pis oynamadılar. Sona qədər “döyüşdülər”.
- Bəs, “İnter”?
- “İnter” Yunanıstanda yaxşı mübarizə apardı. Hətta oyunun sonlarına doğru bərabərlik qolunu vurmağı da bacardı. Əlavə vaxtda qol vurmaq imkanları olsa da, bundan istifadə edə bilmədilər. Nəticədə oyun penalti seriyalarına getdi ki, bu da artıq lotoreyadır. Necə deyərlər, bəxt.
- Avrokubokdakı yeganə təmsilçimiz “Neftçi” İsrail çempionu ilə qarşılaşacaq. Bu cütlükdə favorit kimi görürsən?
- İsrail təmsilçisinin oyununu görmədiyim üçün dəqiq bir söz deyə bilmərəm. Ancaq “Jilina” kimi təcrübəli kluba qalib gəlib, mərhələ adlayırsa, deməli güclü komandadır. Lakin hər şeyə rəğmən, “Neftçi”nin səfərdən sərfəli nəticə ilə qayıdacağına inanıram. Mən heç birinə tam olaraq, üstünlük vermirəm. Hər iki komandanın şansları bərabərdir.
Əli HƏYATİ
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi